• 29 Mart 2024

Əməllərimiz sayəsində qurtulacağımızı zənn etməyək

amellerimizƏməlinə güvənmə! Çünki bütün ibadətlərimiz, əməllərimiz xidmətlərimiz, eynilə dualarımız kimi qəbula möhtacdır.
Qulun heç bir əməli, ona lütf olan nemətlərin şükür borcunu tam olaraq ödəməyə kafi gəlməz. Bunun üçündür ki, saleh arif qullar hətta peyğəmbərlər belə, tək əməllərinin müqabilində deyil, buna əlavə olaraq Allahın əfv mərhəməti ilə hesaba çəkilməyi arzu edərlər.
Necə ki bir gün Allah Rəsulu -səllallahu əleyhi səlləm- səhabələrini ifrat təfritdən uzaq, orta yollu bir qulluq həyatı yaşamağa dəvət edərək:

Orta yolu tutun, (Kitab Sünnənin istiqaməti üzrə) doğru olun. Bilin ki, heç biriniz əməli sayəsində qurtuluşa çata bilməz. Buyurmuşdu. Səhabələr:

Siz mi xilas ola bilməzsiniz, ey Allahın Rəsulu?” Deyə heyrətlə soruşdular. Əfəndimiz s.ə.s:

(Bəli) mən Kurtula bilmərəm. Ancaq Allah, rəhmət kərəmi ilə məni bağışlamış olsa, o başqa! Cavabını verdi. (Müslim, Münâfikîn, 76, 78)

Digər bir hədisişərifdə belə buyurulur:

Bir adam, doğulduğu gündən, yaşlanıb öldüyü günə qədər Allah rizası üçün itaət niyyəti ilə alnını yerdən qaldırmayıb ibadət etsə, o adam yenə qiyamət günü əməllərini az görür.” (Əhməd, c. IV, s. 185)

Əməllərimiz qurtuluşumuza kafi deyil

Yəni abid bir mömin belə əməllərinin qurtuluşuna kafi gəlməyəcəyini anlar. Peyğəmbər Əfəndimiz -səllallahu əleyhi səlləm gecələri ayaqları şişənə qədər namaz qıldığı halda yenə :

Allahım! Səni layiq olduğun şəkildə mədh etməkdən acizəm! Sən özünü necə mədh-səna etmisənsə eləsən! (Müslim, Salat, 222) niyazını edərək insanoğlunun bu xüsusdakı mütləq acizliyini bəyan etmişdir. Bu səbəbdən bizlərə düşən, heç bir zaman itaəti əldən bırakmamaqla birlikdə, əməllərimizlə özümüzü təsəlli etməyib Allahdan əfv kərəm diləməkdir.

Xülasə, insanların fani ləzzətlər nəfsani arzular məngənəsində ruhi böhranların girdabında sanki boğulduğu indiki vaxtda, üzərimizdəki ilahi məsuliyyətin daha da ağırlaşmış olduğu şübhəsizdir.

Rəbbimiz, üzərimizdəki məsuliyyəti lazımi qədər  anlamamızı nəsib etsin! Qüsur noqsanlarımızı bağışlayıb bizləri cənnət camalıyla şərəfləndirsin! Amin

mənbə: Osman Nuri Topbaş

Read Previous

İrfan 2016

Read Next

İsrail əsgərlərindən məscidi əqsaya çirkin basqın

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.