• 18 Aprel 2024

Əsl dostun özəllikləri

esldostƏsl dost, dostuna yük olmadığı kimi, əksinə onun yükünü yüngülləşdirməyə cəhd eməlidir.

Əsl dost, ulduzlar kimi, ancaq qaranlıq çökdüyündə ortaya çıxar. İmkanı nisbətində dostunun qara gününü işıqlandırmağa cəhd edər, onun dərdini öz dərdi bilər.

Əsas dostluq, çətin zamanların dostluğudur.

Həqiqi bir dost tapmaq, son dərəcə çətin olduğu üçündür ki, mömin, əvvəlcə özü gerçək bir dost olmağa səy göstərməli və bu növ dostların çoxalması yolunda canlı bir nümunə olmağa çalışmalıdır.

ƏSL DOSTUN XÜSUSİYYƏTLƏRİ

Cəfəri Sadiq Həzrətləri buyurur:

“Dostluq, yoldaşlıq ancaq öz ölçüləri ilə reallaşar. Kimdə bu xüsusiyyətlərdən birini və ya bir qismini görürsən, bunu gerçək dostluğun əlaməti qəbul et:

Dostluq ölçülərinin ilki, şəxsi mənfəət hesablarından uzaq bir şəkildə dostunun sənə qarşı səmimi olmasıdır.
İkincisi, sənin çətin vəziyyətə düşməyini öz çətinliyi olaraq görməsi, sənin yaxşılıq və gözəlliyini də öz yaxşılığı olaraq görməsidir.
Üçüncüsü, m
al və vəzifənin onu dəyşdirməməsidir.
Dördüncüsü, i
mkanı daxilində olan heç bir şeyi səndən qısqanmamsıdır.
Beşincisi, fəlakətlər əsnasında səni tərk etməməsidir. “

Mənbə:islamveihsan.com

Read Previous

Oktyabr 2015

Read Next

Moskvada Quran oxuma yarışı keçirilib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.