• 19 Mart 2024

Əhmədi Necad: “Zorla şəriət olmaz”

ahmmmmmm

İran prezidenti məcburi geyinilən çarşabın heç bir dəyər ifadə etmədiyini deyib.

Türkiyə mətbuatı xəbər verir ki, İran prezidenti Mahmud Əhmədi Necad bir müddət əvvəlki çıxışında təlimat və qərarlarla bir sıra xüsusları zorla qəbul etdirmənin qeyri-mümkün olduğunu, təzyiq vasitəsilə baş tutan seçimin isə dəyərinin olmadığını deyib.

Prezident bir sıra universitetlərdə tələbə qızların çarşab geyinməyə məcbur edildiyini deyərək, bu cür geyinilən çarşabın heç bir dəyər ifadə etmədiyini deyib. Universitetə qəbul xüsusunda tələb olunan kriteriyaları da tənqid edən Əhmədi Necad bir şagirdin saqqalsız olduğu üçün universitetə qəbul olunmadığını, başqa bir şagirdin isə yolda əks cinsin nümayəndəsi ilə danışdığına və başörtüyünün bir qədər açıldığına görə müraciətinin qəbul edilmədiyini bildirib.

İran prezidenti dövlət qurumlarına işə qəbul zamanı məmur namizədləri ilə aparılan müsahibələrdə də təhqiredici və alçaldıcı sualların verildiyini qeyd edib.

Read Previous

Ölümünü Peyğəmbərə (s) tkian batmasından üstün tutanlar

Read Next

Gecələr pivə satışı qadağan edildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.