• 19 Mart 2024

1001 DƏRDİN DƏRMANI SARIMSAQ

sarimsaqSarımsaq hələ qədim dövlərdən ən faydalı tərəvəzlərdən biri hesab edilib. Bu faydalı tərəvəzin tərkibində 33 növ kükürdlü birləşmə, 17 növ aminoasit, potaş, selen və sink var. Sarımsaq damar daralması, infarkt riskini azaldır, soyuqdəymə, qrip,boğaz ağrısı, asma-bronxit kimi xəstəliklərlə mübarizə aparır.

Sarımsaq bədənə güc və enerji verir, iştah açır, həzmi asanlaşdırır, bəlğəmi təmizləyir, qəbzliyi aradan qaldırır, temperaturu salır, mikrobları öldürür, qanı təmizləyir, qan dövranını tənzimləyir, təzyiqi salır,cinsi gücü artırır. Saç dərisinə sürtüldükdə saç köklərini möhkəmləndirir, dəriyə parlaqlıq verir.
Bundan əlavə bu məhsul əsrin bəlası olan xərçənglə mübarizədə də əhəmiyyətli rola malikdir.

Sarımsaqdan çiy və yeməklərin tərkibində bişmiş halda istifadə etmək olar. ve dökülmesini önler.

Təssüf ki, faydası saymaqla bitməyən sarımsağın kəskin qoxusuna görə çoxları onu yeməkdən çəkinirlər.

Sarımsağın qəbulu ilə bağlı diqqət edilməsi gərəkən bir necə məqamı oxucularımıza təqdim edirik.

• Kəskin qoxusunu azaltmaq üçün yeyilən yeməyə qarışdırıla bilər.
• Sarımsağı bişirəndə tərkibindəki faydalı maddələr azalır.
• Sarımsağın tərkibindəki sulfid qazı mədədə qaz yaranmasına və qıcolmalara yol aça bilər.
• Qanın laxtalanmasını əngəlləyən xüsusiyyətə sahibdir. Bunun üçün dərman atan şəxslər mütəxəssislərə məsləhətləşməlidirlər.
• Sarımsaq quru yerdə saxlanmalıdır. Tərkibindəki faydalı birləşmələri qoruması üçün onu soyuducuya qoymaq olmaz.

MƏNBƏ:

ANS PRESS

Read Previous

ŞƏHİDLİK (GÖRÜNTÜLÜ XÜTBƏ)

Read Next

AXİRƏTİN VAR OLDUĞUNU İSBAT EDƏN DƏLİL

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.