• 22 Oktyabr 2019

Xurafatlar 3-cü hissə

      Əziz möminlər, dinimizi təhrif etmək istəyən bəzi qüvvələr ona bəzi xurafatlar qarışdrmaq üçün hər zaman durmadan çalışmışlar. Xüsusiylə münafiqlər və xristian misyonerlər tərəfindən planlı bir şəkildə dinə əlavə edilməyə çalışılmış və bunda da olduqca müvəffəqiyyət qazanmışlar.

Yalnız İslam düşmənləri deyil bəzən dini yanlış anlayan bəzi müsəlmanlar da bu xurafatları sanki körükləmişlər. Zaman keçdikcə bu xurafatlar insanlar arasında dindənmiş kimi qəbul edilməyə başlamışdır. Bu xurafatlardan bəziləri bunlardır:

1.Şam yandırmaq: İslamda məscid divarında, qəbir daşında, məzar daşında, şam yandırılsın deyə bir əmr yoxdur. Bu adət, Müsəlman Türklərə Məcusilərdən və Xiristiyanlardan keçmişdir.

Başdaşında, məzar daşında şam yandıran insan, oradaki ölüdən nə isə gözləməkdədir və ya onunla bütünləşdiyini ya da onun yandırdığı işığla həmdəm olduğunu düşünməktədir. Bu böyük bir xətadır və batil bir inancdır. İslama görə insan, ancak Allaha sığınar. Ondan başqa varlıqlardan mədət ummaq Allaha şərik qoşmaq deməkdir. Ayədə buyurulur:” …Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər…”[1]

2.Əsgi bağlamaq: Əsgi bağlamaq adəti Türklərin müsəlman olmamışdan qabaq mənsub olduqları dinlərinin batil bir inancıdır. Türklər müsəlman olduqdan sonra da bu adətlərin təsirindən qurtula bilməmişlər. Övliya saydıqları insanların türbələrinə, orada bitən ağaclara, ya da o yerdə olan bəzi qayalara əsgi bağlamaq surətiylə köhnə adətlərini davam ettirmişlər. Halbu ki, belə bir adət İslamda yoxdur və xurafatdir.

3.Göz dəyməsi: Xalqımız arasında “göz dəyməsi, gözə gəlmə” deyə adlandırılan bir “nəzər” inancı vardır. Nəzərə gələn kimsənin özünə, malına və ya əşyasına bir zərər gələcəyinə inanırlar. Bu səbəblə nəzərə gəlməkdən və təsirindən qorunmaq üçün bəzi tədbirlər görürlər.

Qorunma tədbirləri olaraq uşaqlara, ev, dükan, avtomobil və.s. kimi əşyalara göz muncuğu, at nalı, üzərlik otundan hazırlanan boyunbağılar taxılır. Özəlliklə uşaqlara qurd, ayı, qartal, leylək kimi heyvanların diş, dırnak və sümüklərindən  düzəldilən  göz muncuqları taxılmaqdadır. Beləcə nəzərin təsirindən qorunacaqlarına  inanmaqdadırlar. Nəzərə  gəlməkdən xilas olmaq üçün nəzər muncuqları  taxılmaqda,  şam yandırılmaqda,

“üzərlik otu” yandırılaraq dumanı ilə tüstülənilməktədirlər. Bütün bunların İslamla heç bir əlaqəsi yoxdur və xurafatdir.

Doğrudur Nəzər və təsiri inkar edilməz bir həqiqətdir. Ancaq bundan qorunmaq yollarını Peyğəmbərimiz (s) bizə fərqli şəkildə öyrətmişdir.

Hz. Peyğəmbər (s.a.s) “Nəzərdan Allaha sığının, çünkü nəzər (göz dəyməsi) haqdır.” deyə buyurmuşdur.

Rəsulullah (s) nəzərə qarşı, “Ayətül Kürsü ilə İxlas və Muavvizəteyn (yəni Fəlaq və Nas) surələrini oxumuş və ashabına da bunları oxumalarını tövsiyyə etmişdir.

5. Qəbirə dua etmək: İslamda dilək və istəklər sadəcə Allaha ərz edilir. Allahdan başqasına sığınmaq və Ondan qeyrisindən bağışlanmaq diləmək doğru deyildir.

Bəzıları dua etmək üçün türbələrə, ziyarətgahlara gedir. Kimisi də məzarlara əlini üzünü sürtməkdə, türbələrin divar və pəncərələrini öpməkdədir.

Bu hərəkətlərin hamısı yanlışdır və batildir. Dua etmək üçün qəbr üstünə, ziyarətgaha, pirə getməyə gərək yoxdur. Qəbirdə yatan ölülər insanların diləklərini yerinə yetirə bilməzlər.

Qəbirlər ölümü düşünmək, axirəti xatırlamaq və insanın hansı mövqedə olursa olsun bir gün gəlib məzarda yatan kimi torpaq olacağını görmək və ibrət almaq üçün ziyarət edilir. Bundan başqa yerinə yetirilən davranışlar xurafatdır.

6.Qəbirlərdə qurban kəsmək:

Bir kimsə nəzir etdiyi qurbanını yalnız Allah üçün nəzir etməlidir. Allahdan geyrisinin adına qurban kəsilməz. İslamda bir məzara, bir qəbirə, və ya hansısa bir kimsənin adına qurban demək caiz deyildir. Çünkü qurban, vacib bir ibadət olduğuna görə yalnız Allahın rızası üçün və Onun adıyla kəsilir. Qəbirlərə qurban kəsmək adəti İslamdan əvvəlki Allaha şərik qoşan qövmlərin adətlərindəndir. İslam dini qəbirlər üzərində qurban kəsməyi qəti bir şəkildə qadağan etmişdir.

7.Fala baxmaq: İslam Dininə görə hansı şəkildə olursa olsun, fala baxmaq, baxdırmaq və falçıların söylədiklərinə inanmaq haram və xurafatdir. Bir ayədə buyurulur: “Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!”[2]

Peyğəmbər (səs) kahinlərin və fala baxanların yanına gedən insanlar barəsində belə demişdir: “Kim kahinin (fala baxanın) yanına gedərsə və onun dediklərini təsdiq edərsə, artıq Muhəmmədə nazil edilmiş Qurana küfr etmiş (onu inkar etmiş) olur.”[3]

      Xurafatlar 3 -cu hisse

18 May 2012 / 27 C. Axir 1433


[1] Talaq, 3

[2] Maidə, 90

[3] Əbu Davud, Tirmizi.

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 106 dəfə.

Müşfiq Xəlilov

Read Previous

Yusif əl-Qərdavi Kimdir?

Read Next

İsra surəsi 64 – cü ayə və musiqi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.