• 19 Mart 2024

NATO Əfqanıstanda 11 uşağı qətlə yetirib

nato-tralib-ushaqAlyansın budəfəki əməliyyatlarında 11 azyaşlı öldürülüb.

Əfqanıstanın Pakistanla həmsərhəd Kunar vilayətinə NATO qüvvələrinin hava hücumu nəticəsində 12 mülki əfqan həyatını itirib.
Vilayət rəhbərliyinin sözçüsü Vəsifullah Vasifi “Anadolu” agentliyinə açıqlamasında həyatını itirən mülki əfqanlardan 11 nəfərinin azyaşlı olduğunu deyib. Vasifi öldürülən azyaşlıların 1-14 yaşları arasında olduğunu bildirib.
Vilayət rəsmisi hərbi əməliyyatlar zamanı azı 5 nəfərin də ağır yaralandığını qeyd edib. Vilayətin Polis İdarəsinin açıqlamasında isə NATO qüvvələrinin əməliyyatı zamanı “Taliban” hərəkatının 8 üzvünün öldürüldüyü vurğulanıb.

Əməliyyat zamanı azyaşlıların ölümünə münasibət bildirən Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (İSAF) rəhbərliyi Kunar vilayətində mülki vətəndaşlar arasında itki olduğunu, lakin itkilərlə bağlı rəqəmin hələlik təsdiqlənmədiyini bildirib.

/azerimuslims/

Read Previous

Məscid ədəbləri

Read Next

Afinada 15 məscid inşa ediləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.