• 28 Mart 2024

20 qəpik (Yaşanmış ibrətli bir hekayə)

otobus-firmalari[1]

Bu hadisə İngiltərənin paytaxtı Londonda baş verib…


Londondakı məscidlərdən birinə yeni imam təyin olunmuşdu. İmam şəhərə getmək üçün eyni avtobusa minir və əksər hallarda da eyni sürücüyə rast gəlirdi. Bir gün bilet alarkən sürücü bilmədən imama 20 pens (qəpik) artıq verdi. İmam oturub pulunu sayanda sürücünün artıq pul verdiyini bildi. Öz-özünə 20 pensi qaytarıb-qaytarmıyacağını fikirləşdi. Amma ürəyindən bir səs də «20 pens nədir ki? Sürücünün heç vecinə də deyil. Avtobus şirkəti çox pul qazanır. Sənə artıq verilən 20 pensin onlara nə ziyanı olar?» deyirdi.

İmam da bu pulu Allahdan gələn bir hədiyyə kimi istifadə edə biləcəyini fikirləşirdi. Dayanacağa çatmamış imam yerindən qalxaraq sürücünün yanını yaxınlaşdı. 20 pensi geri qayatrdı və dedi:

– 20 pensi artıq vermisiniz.

Sürücü gülümsəyərək belə cavab verdi:

– Siz məscidinin təzə imamısınız? Xeyli vaxtdır İslamı öyrənmək üçün sizin məscidə gəlmək istəyirdim. Buna görə qəsdən artıq pul verdim. Necə reaksiya verəcəyinizi öyrənmək üçün.
İmam avtobusdan düşərkən elə bil ayaqlarını hiss etmirdi. Özünə gəlmək üçün bir sütundan tutdu. İmamın gözündən yaş axır və bu sözləri deyirdi: «Ey Allahım! Məni bağışla! Az qala İslamı 20 pensə satırdım…»

Read Previous

AĞLAYAN SƏCCADƏ… (ibrətli hekayə)

Read Next

100 yaşında təkbaşına umrə ziyarətinə getdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.