• 18 Sentyabr 2020

6 min məsciddə “Qazi azan” oxunacaq

minare6 min məsciddə “Qazi azan” oxunacaq Qarabağın ermənilər tərəfindən işğalından əvvəl oxunan son azan ölkəmizdə “Qazi Azan” olaraq adlandırılır . Oxunduğu gün yazılan bu azan, Xocalı qırğınının 2014-cü ildə keçiriləcək ildönümündə Türkiyənin mərkəzi məscidlərində və Avropada 6 minə yaxın məsciddə oxunacaq. Dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri Elşad İsgəndərov, Bakıda 12 ölkədən 70 alimin və mütəxəssisin iştirakı ilə dünən başlayan “Qafqazdan Anadoluya Mədəniyyət Körpülərimiz, Beynəlxalq Seyid Yəhya Şirvani və xəlvətilik” Simpoziumu ilə əlaqədar sualları cavabladı. Rəhbərlik etdiyi dövlət komitəsinin fəaliyyətləriylə əlaqədar məlumat verən İsgəndərov, Türkiyə və Azərbaycan arasında həmrəylik qərarı alındığını ifadə edərək, bu çərçivədə erməni lobbisinin “soyqırım” iddialarına qarşı mübarizə verilərkən, Qarabağda baş verən Xocalı qırğınının dünyaya tanıdılması üçün də birlikdə çalışılacağını izah etdi. Dini qurumlarla iş üzrə dövlət komitəsinin, erməni işğalından əvvəl Qarabağda oxunan son azanın səs qeydini tapıb Xocalı qırğınının keçən il dönümündə Qarabağda cəbhə xəttinə yaxın bir nöqtədə mərasimlə dinlədildiyini izah edən İsgəndərov, “Bu azan, ki biz buna Qazi Azan adını verdik, Xocalı qırğınının 2014-cü ildə keçiriləcək ildönümündə, Türkiyənin mərkəz məscidlərində və Avropada Türk Diyanət İşləri Başqanlığına bağlı 6 minə yaxın məsciddə oxunacaq” deyə çıxış etdi.

mənbə: yeni şafak

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 49 dəfə.

calal calalov

Read Previous

Bakıda “Qafqazdan Anadoluya mədəniyyət körpülərimiz: Seyid Yəhya Bakuvi və Xəlvətilik” mövzusunda Beynəlxalq Simpozium keçirilmişdir

Read Next

MƏSCİDLƏR NİYƏ YIXILIR???

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.