• 29 Mart 2024

61 YAŞINDA HAFİZ OLDU.

timthumbTürkiyə cümhuriyyəti Kocaeli şəhəri Karamürsel kəndi Hacı Ömerağa Məhəlləsi Fatih Məscidi imamı Mehmet Çetinin təşviqləri ilə hafizliyə başlayaraq hafiz olan 61 yaşındakı Həsən Erkol hafizlik diplomunu aldı.

2011-ci ildə hafizliyə başlayan və 2 ildə hafizliyini bitirən Həsən Erkola hafizlik diplomunu Karamürsel Müftisi Yılmaz Kiçik verdi. Həsən Erkolu təbrik edən Müfti Yılmaz Kiçik, qürur verici bir vəziyyət olduğunu ifadə etdi. Yılmaz Kiçik , “hafiz olmaq istəyən ancaq yaşı irəliləmiş insanlarımız üçün Həsən Erkol qardaşımız bir nümunə təşkil edir. Həsən qardaşımız, Allah qatında ən şərəfli mövqelərdən birinə çatmışdır”. dedi.

Hacı Ömerağa Məhəlləsi Fatih Məscidində təşkil edilən hafizlik mərasimində hafizlik diplomunu alan Həsən Erkol, hafizliyə başlaması üçün ona çox köməklik göstərən məscidin imamı Mehmet Çetinə təşəkkür edərək diplomunu aldığına görə çox xoşbəxt olduğunu bildirdi.

mənbə:

dinihaberler.com.tr

Read Previous

Müqəddəs Kəbə evinin açarı dəyişdirilib

Read Next

Şəki mərkəzi cümə məscidi Cümə söhbətləri

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.