• 19 Mart 2024

AŞURA VƏ KƏRBALA FACİƏSİ

Möhtərəm müsəlmanlar!  Bildiyiniz kimi Məhərrəm ayının 10-cu günü aşura günüdür. Aşura günündə tutulan  oruc bir illik günahların bağışlanmasına vəsilə olmaqdadır. Bir hədisi-şərifdə Rəsuli-Əkrəm (səs) belə  buyurur: “Aşura günündə tutulan  oruc səbəbiylə  Allahın bir  ildə edilən günahların  əfv edəcəyini ümid edirəm.”[1]  Mədinə Yəhudilərinin aşura günü oruc tutmaları haqqında  Abdullah bin Abbas (r.a) belə demişdir.“Peyğəmbər (səs) Mədinəyə gəldikdə Yəhudilərin Məhərrəm ayının 10- cu günü olan aşura günündə  oruc tutduqlarını gördü. Bu orucun səbəbini onlardan  soruşduqda Yəhudilər: “Bu gün  Musanın və İsrail oğullarının Firona qarşı qalib gəldiyi bir  gündür. Biz bu gündə Musaya təzim etmək üçün oruc tuturuq dedilər. Daha sonra Peyğəmbərimiz (səs) “Biz Musaya sizdən daha çox yaxınıq”[2] deyə  buyuraraq əshabına da  o gün oruc tutmlarını  əmr etdi. Ancaq burada diqqət ediləcək mühüm bir nöqtə vardır: Beləki aşura orucunu  tutmaq istəyən bir kimsə Yəhudilərə bənzəməmək üçün Məhərrəm ayının doqquzu  və onu vəya onu və onbirinci günləri oruc tutmalıdırlar. Əks halda yəni yalnız aşura günü oruc tutmaq Yəhudilərə bənzəmək deməkdir ki, buda Peyğəmbərimiz (səs) tərəfindən qadağan edilmişdir. Necəki Peyğəmbərimiz (səs) bir hədisi şərifində  “Kim bir qövmə bənzəyərsə o onlardandir.” deyə buyuraraq bu həqiqətə işarə etmişdir.

 Əziz möminlər, Məhərrəm ayı tarix boyunca insanlıq üçün sevindirici və kədərləndirici hadisələrin baş verdiyi bir aydır. Məhərrəm ayının İslam dünyasında bu qədər məşhurlaşmasının səbəbi bu ayda Kərbala faciəsinin baş verməsidir. Hicri tarixlə altmış birinci ildə Peyğəmbərimizin (səs) nəslindən gələn bir qrup seçkin insan Kərbalada vəhşicəsinə şəhid edilmişdir. Bu faciə İslam tarixinin gördüyü ən dəhşətli hadisələrdən biridir. Bu cinayətin İslam dünyasının bağrında açdığı yara hələ də qanamaqdadır. Peyğəmbərimizi və onun mübarək əhli beytini sevən hər bir müsəlmanı bu hadisə dərindən kədərləndirməkdədir.  Hz. Hüseyn, Peyğəmbərimizin həm əmisi oğlu, həm də kürəkəni olan Hz. Əli ilə cənnət qadınlarının anası Hz. Fatimənin övladıdır. Hz. Hüseyn, Hz. Peyğəmbərin: “Dünyanın iki çiçəyi, axitətdə də cənnətdəki uşaqların əfəndiləri”[3] dediyi iki nəvəsindən biridir. Hz. Hüseyn, Peyğəmbərimizin: “Allahım! Mən onları sevirəm, sən də onları sev!”[4] deyə dua etdiyi və  adını şəxsən qoyduğu nəvələrindən biridir. Əziz müsəlmanlar! Əhli beyt, yəni “Ev xalqı” Hz. Peyğəmbərin ailə fərdləri deməkdir. Onlar Hz. Peyğəmbərin xoşbəxt ailəsində yetişən,  müstəsna şəxsiyyətlərdir. Onların hər biri bir ulduzdur. Uca Allah, onlar haqqında belə buyurur: “Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər![5] Hz. Peyğəmbər də əhli-beyti, səhabələri sevməyimizi və onları özümüzə rəhbər tutmağı tövsiyə etmişdir. Əhli-beyti sevmək və onları hər zaman xeyirlə yad etmək hər  bir müsəlmanın vəzifəsi olmalıdır. Hz. Peyğəmbər (səs) belə buyurur: “Allah Təalanı sizi nemətləri ilə təmin etdiyi üçün sevin. Məni, Allahı sevdiyiniz üçün sevin. Əhli-beyti də məni sevdiyiniz üçün sevin!”[6] Əhli-beyt sevgisi o qədər mühümdür ki Hz. Peyğəmbər, namazlarımızda belə ət Təhiyyat duasından sonra oxuduğumuz Salli Barik dualarında da Ali-Muhamməd deyərək əhli-beyt üçün dua etməyimizi istəmişdir. Əziz Qardaşlar! İslam tarixinin silinməz yaddaşına həkk olan Kərbala faciəsinin səbəbkarları və bu cinayəti işləyənlərin hər biri Allahın qəzəbinə düçar olmuşdur. Onun üçün bu gün bizlərə yaraşan qardaşlıq havası içində bu cinayəti törədənləri qınamaq, Kərbala faciəsi haqqında kitablar oxuyaraq Hz. Hüseyni yad etmək, bu cür hadisələrin bir daha təkrarlanmaması üçün Uca Allaha dua etmək və bu hadisədən ibrət almaqdır. Sinə döymək, zincir vurmaq, qan çıxartmaq vs. kimi insana əziyyət verən davranışlar dinimizə görə heç də doğru deyildir. Hz. Hüseyn şəhid edilməsindən bir müddət əvvəl, öz sevimli bacısı Hz. Zeynəbə onun ölümü uzərinə bu cür matəm saxlamamsı üçün nəsihət edərək belə demişdir: “Mənim əziz bacım! Sənə and verirəm (Allaha), mən ölsəm paltarlarını yırtma,  üzünü-gözünü cırma,   mənə görə kiməsə lənət oxuma, öz ölümünü istəmə!”[7]   Necə ki Hz. Peyğəmbər (səs) belə buyurmuşdur: “(ölən adamın arxasınca) özünü döyən, sinə paltarını cıran bizdən deyildir.”[8] Uca Allah cümləmizi bu hadisəni doğru oxuyub və ondan ibrət alan qullarından etsin!

Ashura ve Kerbala faciesi

2 Dekabr 2011/ 7 Zilqədə 1432


[1] Müslim.

[2] Ibni Macə, Sıyam: 41.

[3] Buxari, Mənaqib, 22.

[4] Tirmizi Mənaqib, 31.

[5] əl-Əhzab, 33.

[6] Tirmizi, Mənaqib, 3, 3789.

[7] əl-Kamil, İbn Kəsir IV.

[8] Buxari, əl-Cənaiz, 1294.

Read Previous

QƏZƏB

Read Next

HAQQ SAHİBLƏRİNİN HAQLARINI VERMƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.