• 29 Mart 2024

83 yaşında Quran oxumağı öyrənir

85739[1] Türkiyədəki “Quran” kurslarından birinin dinləyicisi 83 yaşlı Təyyar Aydındır.

Türkiyənin Tarsus vilayətində 83 yaşlı gözdən əlil Təyyar Aydın müftiliyin keçirdiyi “Quran” kursuna yazılıb.

Mersin şəhərinin Tarsus vilayətinin müftiliyi tərəfindən “Quran eşqi əngəl bilməz” şüarı ilə başlatdığı kampaniya çərçivəsində 40-85 yaşları arasında olan onlarla vətəndaş Qurani-Kərimi oxumağı öyrənir. Kursun 83 yaşlı gözdən əlil dinləyicisi Təyyar Aydın “Qurani-Kərim”i oxumağı öyrəndiyi üçün xoşbəxt olduğunu deyib.

Aydın bir gözünün görməməsinin, digərinin isə zəif görməsinin onun “Quran”ı öyrənməsinə əngəl törətmədiyini bildirib. Habelə o, artıq müqəddəs kitabı Təcvid qaydalarına müvafiq şəkildə oxumağı bacardığını, namazda oxunacaq surələri də əzbərlədiyini qeyd edib.

Tarsus müftisi Əbdülkərim Ağbaba isə ahıl yaşa rəğmən “Quran” oxumağı öyrənmənin ən zövqverici iş olduğunu bildirir.

Read Previous

Qurani-Kərim oxumağın fəziləti

Read Next

İslamda cinsi əxlaq – Qadın və cinsəllik (üçüncü hissə)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.