• 08 Dekabr 2019

83 yaşında Quran öyrəndi.

quran83 yaşında Quran öyrəndi.

Türkiyənin Aydın şəhərndə bir gözündə 11, digər gözündə isə 13 dərəcə görmə əksikliyi olan yaşlı adam, 83 yaşında Qurani Kərim oxumağı öyrəndi.
Hərfləri öyrəndikdən sonra ümidsizliyə qapıldığını və Qurani Kərimi öyrənəməyəcəyi nöqtəsində şübhəyə düşdüyünü ifadə edən Hıfzı Çarpaz, Aydın şəhəri Çeştepe Kavaklar Məscidi imamının köməyi ilə məqsədinə çatdığını izah etdi.

Hıfzı  Çarpaz, “Biz kiçik yaşlarında olanda Qurani Kərim oxumaq qadağan idi və belə olduğu üçün biz də öyrənməyə cəsarət edə bilmədik. Polis Qurani Kərim oxunan evlərə və müəllimlərə basqın edirdi. Yaşımız irəlilədikdən sonra və dünya işləriylə məşğul olmağa başlayınca da Qurani Kərimi öyrənmə fürsətimiz olmadı. Bugünkü Türkiyə şərtlərində Qurani Kərim öyrənmək çox asanlaşdı. Məscid və mədrəsələrdə müəllimlərin açdığı kurslar sayəsində bir çox insan Qurani Kərim oxumağı öyrənir” şəklində danışdı.

Aydın şəhəri Çeştepe Kavaklar Məscidi İmamı Həsən Əli Yılmaz, 83 yaşlı Hıfzı Çarpazın Qurani Kərimi iki dəfə xətm etdiyini bildirdi. Məscidin imamı Həsən Əli Yılmaz, Hıfzı dayını  ən qısa müddətdə müqəddəs torpaqlara göndərməyi hədəflədiklərini söylədi.

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 64 dəfə.

calal calalov

Read Previous

Aşura günündə hansı hadisələr baş vermişdir?

Read Next

Aşura və Kərbəla Faciəsi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.