• 03 İyun 2020

ABŞ-DA VİRUSLA MÜBARİZƏDƏ HZ. MUHAMMƏDİN HƏDİSLƏRİ

Amerika Birləşmiş Ştatlarında (ABŞ) kovid-19-la mübarizə çərçivəsində İslam peyğəmbəri Hz. Muhammədin (SAV) yoluxucu xəstəliklərə qarşı sözlərindən istifadə olunur. İslamveirfan.com xəbər verir ki, bu barədə Türkiyənin İHA agentliyi məlumat yayıb.  

Məlumatda bildirilir ki, ABŞ-ın Çikaqo şəhərində Hz. Muhammədin (SAV) xəstəlikdən qorunmaq barədə hədisi-şərifi reklam panelində nümayiş edilir:

“Bir yerdə vəba və ona oxşar hər hansı yoluxucu xəstəlik olduğunu eşidəndə o yerə getməyin. Olduğunuz yerdə belə bir xəstəlik varsa oradan çıxmayın.” – hədisi şəhərdəki reklam panelində nümayiş edilir.

Reklam panelində həmçinin, “Əllərinizi tez-tez yuyun. Epidemiya olan yerə getməyin. Olduğunuz yerdə epidemiya varsa oradan çıxmayın.” sözlərinə də yer verilib.

Mənbə: islamveirfan.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 15 dəfə.

Müşfiq Xəlilov

Read Previous

Covid-19 böhranını müsəlmanlara yüklədilər

Read Next

KƏBƏDƏ VƏ MƏSCİDİ-NƏBƏVİDƏ TƏRAVİH NAMAZI BELƏ QILINACAQ