• 15 Dekabr 2019

Ağıl bizə yetərmi???

beyinCəmiyyətlər, kitabxanaların tozlu rəflərində qalmış olan fəlsəfə kitablarındakı bilginlətin fikirləri ilə qurtuluşa çata bilməz. İnsanlığı həqiqi səadət və qurtuluşa çıxaracaq olan; Quran-ı Kərim və onun canlı bir açıqlaması olan Sünnə mədəniyyətiylə yoğrulup ilahi hikmət və həqiqətlərlə kamala çatmış möminlərin təbliğ, xəbərdarlıq və irşadlarıdır.
Yaratdığı qullarının xüsusiyyətlərini heç şübhəsiz ki onlardan daha  yaxşı bilən Allah Təala, ağılın həqiqəti dərk etməkdəki zəiflik və kifayətsizliyini bildiyi üçün, insanlıq tarixi boyunca (rəvayətə görə) 124 min  peyğəmbər göndərmiş, göndərdiyi səhifə və kitablarla da insanlığa həqiqəti çatdırmaq üçün bir çox səbəblər yaratmışdır. Bu da onu göstərir ki, ağıl, haqqa və xeyirə, yəni doğruya və həqiqətə çatmaqda tək başına kafi deyildir. Ağıl bu barədə yetərli olsaydı, Cənabi-Haqq insanlığa bu qədər peyğəmbər və kitab göndərməzdi.
Digər tərəfdən, həyat şərtləri, nə olursa olsun bütün insanlıq, “ölüm” gerçəyi qarşısında müştərək bir ürpərti içindədir. Həyat yollarının dönüb dolaşıb ölüm üfüqlərində yox olması, könülləri dərindən dərinə sızlatmaktadır.
Zehinlərdə sanki zəhərli bir ilan kimi bürmələnən və düşündükcə insanı narahat edən ölüm və sonrasına dair məchullar, -vahyin və peyğəmbərlərin irşadından uzaq qalanlar tarafından- hər dövrdə cürbəcür batil fikirlərlə susdurulmak istənmişdir. Buna görə də bəşər düşüncəsiylə qavranması mümkün olmayan bu həqiqəti, ancaq vəhyin səsi ilə anlamaq mümkündür.
Bu fani həyat yolçuluğunun məchullarını bizə bildirən, muammalarını ortaya çıxaran, qaranlıqlarını işıqlandıran, ağıl və qəlb üçün hər baxımdan ən qənaətbəxş dəlilləri ehtiva edən yeganə ilahi kitab, Quran-Kərimdir.
Uca Rəbbimiz, bizləri, bir çox ayələrdə insanın yaradılışındakı hikmətləri, kainatdakı xüsusi nizamı və Quran-ı Kərimin bir bəyan möcüzəsi olduğunu düşünməyə dəvət edir. İnsanlıq şərəfinə layiq bir şəkildə yaşamaq istəyənlər, Quran-ı Kərimin istiqamətləndirdiyi bu təfəkkür dünyasına girmək məcburiyyətindədir.
Kiçik bir çinar toxumunun münbit bir torpaq vasitəsilə böyük bir ağac halına gələrək qazandığı əzəmətli görüntü kimi, bizdəki təfəkkür, təxəyyül və hissiyyatın da Quranla bəslənib güclənməsi nəticəsində çatıla biləcək qəlbi duyğu və həqiqətlər də sonsuz və möhtəşəmdir. Buna görə də Qurani Kərimin, o bitib tükənmək bilməyən feyzi və irşadı olmasaydı, təfəkkür və duyğularımız, münbit torpaqdan məhrum, quru bir toxum kimi qalardı.
Bu səbəbdən bizlər üçün, Quran-ı Kərim sayəsində reallaşan ilahi ikramın ucalığını və əzəmətini dərk etməkdən daha böyük bir nemət ola bilməz.
İlahi bəyanlar rəhbərliyində tərbiyə edilməyən bir ağıl, sanki azğın bir at kimidir. Onunla hədəfə çatmaq mümkün olmadığı kimi, uçurumlardan diyirlənib həlak olmaq da şübhəsiz və qaçılmazdır. Buna görə, necə ki vəhşi bir atın enerjisindən ən gözəl bir şəkildə istifadə etmək üçün ona yəhər vurub əhilləşmiş hala gətirmək lazımdırsa, ağılı da vəhyin və onun izahı mövqeyində olan Sünnənin mənəvi tərbiyəsi altına alaraq “tərbiyələnmiş ağıl” halına gətirmək zəruridir.
Fəlsəfəçilər, ilahi övgüyə məzhər olan peyğəmbərlərin təbliğ və irşadı olmadan həqiqəti anlamaq iddiasındadırlar. Lakin ən böyük həqiqətlər, Allahın özlərinə peyğəmbərlik lütf etdiyi müstəsna qullarının vasitəçiliyi olmadan öyrənilə bilməz.
Bu həqiqəti Mövlana Həzrətləri belə ifadə edir:
“Uşaq ağlı belə; «Kitabla məşğul ol!» Deyər. Lakin uşağın öz-özünə kitabdan bir şey öyrənməsi mümkün deyildir. Xəstənin ağılı da onu həkimə aparar. Amma ağlı özünə dərman ola bilməz. Allahın fəzl və kərəminə hər boşboğaz yol tapsa idi, Cənabı Haqq bu qədər peyğəmbər göndərməzdi ”
Peyğəmbərlər, bütün insanlıq üçün, Allahın ən böyük nemətidir. Peyğəmbərlərin, heç bir dünyəvi qarşılıq gözləmədən, Allahın zat və sifətləri haqqında verdikləri möhtəşəm elmin cüzi bir qismini belə, insanlar, minlərlə illik fəlsəfi düşüncə, araşdırma və müşahidə yolu ilə əldə edə bilməzlər.
Bu barədə İmam-ı Rəbbani həzrətləri də belə buyurur:
“Peyğəmbərlər aləmlərə rəhmətdir. Allah Təala bu uca insanlar vasitəsilə bizim kimi cüzi ağıl sahiblərinə öz Zatını və sifətlərini bildirmiş və bizləri anlayışımız nisbətində Zatına və sifətlərinə məxsus ucalıqlardan xəbərdar etmişdir. Yenə peyğəmbərlər vasitəsiylə nələrdən razı olduğunu və nələrdən razı olmadığını bizlərə bildirmiş, dünyəvi və üxrəvi mənfəətlərimizi, zərərlərimizdin ayırma imkanı bəxş etmişdir. Əgər peyğəmbərlər olmasaydı, bəşər ağlı, nə Allahın varlığını (kamilən) idrak edə bilər, nə də Onun ucalığını qavraya bilərdi. “
Ağılın taqəti və səlahiyətinin tükəndiyi nöqtədə, həqiqətlərin nəhayətə çatacağı iddia edilə bilməyəcəyinə görə, o nöqtədən etibarən sonsuza doğru irəliləyib gedən gerçəklərin sona çatacağı da düşünülə bilməz. Çünki bu, fitri bir ehtiyacdır. Bundan görə istər dində, istərsə də dinlə əlaqəsi olmayan düşüncələrdə, gerçəklərin bu qisiminə maraqsız qalınmamıştır.
Daha əvvəl də ifadə etdiyimiz kimi, ilahi mənbədən feyizlənən peyğəmbərlər, həmişə bir-birlərini dəstəklədikləri  halda, ağlı əsas alan filosoflar, özündən əvvəlkiləri rəd və tənqidlə işə başlamışdır. Bunda mənlik duyğusunun və nəfsani iddiaları ön planda olmasının böyük bir rolu vardır.
Həqiqətən, ağılın ortaya qoyduğu məlumatlar; şübhə, tərəddüd, səhv, nöqsan, unutma və yanılma təhlükələrindən heç bir zaman tam olaraq təmizlənmiş ola bilməz. Çünki ağıl; xaricdən gələn düşüncələrin, müsbət və mənfi təlqinlərin, az ya da çox, amma mütləq təsiri altında qalar. Ehtiras, hirs, həvəs kimi zəifliklərdən; unutma, dalğınlıq və səhv kimi qüsurlardan tamamilə xilas ola bilməz. Onun çatdığı bir çox hökm, bu xarici rənglərlə boyanmış və qarışmış olaraq ortaya çıxar. Yəni ağıl, məlumata çatmaq üçün səhvsiz bir qaynaq deyildir.
Mənbə:

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 80 dəfə.

calal calalov

Read Previous

Peyğəmbərimizin dilindən Gənclik

Read Next

Şuşasız bir il daha

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.