• 20 Aprel 2024

Ağlımızdan necə istifadə etməliyik?

akilUca Rəbbimiz buyurur:
O, gecəni və gündüzü, Günəşi və Ayı sizə ram etdi (sizin xidmətinizə verdi). Ulduzlar da Onun əmrinə boyun əymişdir. Doğrudan da, bunda ağılla düşünənlər üçün ibrətlər vardır!”(Nəhl, 12)
Rəsulullah (s.a.v.) əfəndimiz buyurdu:
“Təfəkkür kimi ibadət yoxdur.” (Əli əl-Müttəqi, Kənzul-Ummal, XVI, 121)
Ağıl; insana bəxş edilmiş bir nemətdir, bu nemətdən gözəl və doğru istifadə etmək insanlığın gərəyidir. Çünki insan ağlıyla insan olur. Belə ki ağılı olmayan kimsə, digər varlıqlar kimi heç bir şəkildə mükəlləf deyildir.Rəvayətə görə, Cənabi-Haqq, Hz. Adəmi yaradanda ona bu üç neməti təqdim edir:
1. Ağıl,
2. İman,
3. Həya.
Sonra da bunlardan birini seçməsini istəyir. Hz. Adəm, Cəbrayılın də yönləndirməsi ilə ağlı seçir. Çünki ağlı olmayan insanda nə iman olur, nə həya. İman da, həya da ancaq ağıl mövcud olunca var olur.
Ancaq ağıl, sürüşkən bir sabun kimidir. Onu iradəli, balanslı və doğru bir şəkildə istifadə, etmək ən çətin məsələdir.
Lakin nə qəribədir ki hissiyyatına məğlub olan hər kəs, öz ağılını başqalarından daha yaxşı istifadə edə bildiyini zənn edir.
Halbuki ağıl və idrak sahibləri, ancaq peyğəmbərlərin gətirdiyi vahiydəki hikmət və sirr ilə yaşayabilənlərdir.  Qısaca ifadə edəcək olsaq Hz. Peyğəmbər (sav)-in izindən gedənlər, ağıllarından ən gözəl şəkildə istifadə edirlər deməkdir. Təfəkkür sahibi saf bir kimsə əgər hidayətə çatmış insandırsa, yer üzünün ən ağıllı insanlarındandır deməkdir. Ancaq hidayəti tapa bilməmiş olan dahilik dərəcəsində nice ağıllı kəslər isə, yer üzünün ən axmaqlarındandır deməkdir.
Bunun üçündür ki ağıl sahiblərinə Quran-ı Kərimdə tez-tez belə müraciət edilməkdədir:
“Düşünməzmisiniz?” (Hud, 30; Muminun, 85) “Ağıl etməzmisiniz, ağılınızı işlətməzmisiniz?” (Hud, 51, Muminun, 80)
Bu sualları idrak etmək üçün insan əvvəlcə özünə bunları soruşmalıdır:
Nə üçün dünyaya gəldin? Nə üçün yaşayırsan? Kimin mülkündəsən? Ruzisini verən kimdir? Sənə torpaqdan nə üçün bu qədər müxtəlif ruzilər hazırlanır? Hamısını saymağa taqətin çatmaz. Məsələn qoyunları düşün! Onlar niyə sənin üçün dünyaya gəlirlər? Bilirsən ki qoyunun hər şeyi sənin üçündür. Niyə? Arının bal hazırlaması da sənin üçündür Görəsən niyə? Niyə? Nə üçün?
Bunları dərin dərin təfəkkür edə bilsək, hidayət və Haqqa vüslət yolu olan cənnət yolunda addımlamağa başlayarıq.

Mənbə:islamveihsan.com

Read Previous

Mədinə xalqının ən çox ağladığı gün

Read Next

Şəhidlik

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.