• 14 Oktyabr 2019

Ailə səadəti

cicekEvin kişisi ailəsinin özünə itaətkar olmasını istəyirsə, şübhəsiz qazancının halal olmasına diqqət etməlidir. Xanımının dini biliklərdə hər hansı bir nöqsanlarını görərsə, ona dinini gözəl bir şəkildə öyrətməlidir. Məsələn, xanımı namaz qılmağı bilmirsə, ona həm namaz qılmağı öyrətməli həm də özü bu mövzuya ciddi yanaşmalıdır. Əgər bunun tərsi olaraq hər hansı bir laqeydlik göstərərsə, ailə Allahu Təalanın rəhmət və bərəkətindən uzaqlaşmış olar, aralarındakı sevgi və bir-birinə olan bağlılıqları reallaşa bilməz. Peyğəmbər əfəndimiz (sallallahü aleyhi və səlləm) bir insanın, evinin geniş olmasının, rahat bir miniyə sahib olmasının və salehə (dini bilgili və gözəl əxlaqlı) qadına malik olmasının xoşbəxtlik əlaməti olduğunu bildirmişdir. Yenə peyğəmbər əfəndimiz (sallallahü aleyhi və səlləm) əfəndimiz digər bir hədisi şəriflərində: “Nə zalım olun, nə məzlum, zərurət olduğunda məzlumluğu seçin.” buyurmuşdur. Evlilik həyatında bu mühüm bir düsturdur. İstər kişi, istər qadın bu evlilik ədəbinə riayət etmək məcburiyyətindədir. Qadın ərini məmnun etmək üçün hər fədakarlığa dözdüyü kimi, kişi də üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Yəni ailəmi sevindirəcəm deyə boş yerlərə pul xərcləyərək borçlanmalara girməməlidir. Bu həm israf olar həm də borçlanmaları səbəbindən gələcəkdə mənəvi çətinliklərə səbəb olar. Xüsusilə də lüks həyat yaşamaq  xəstəliyi ailə faciələrinə səbəb olmaqdadır. Bundan başqa çox ailələr tanıyıram ki maliyyə imkanları olduğu halda namazlarını qılar, oruclarını tutar, zəkatlarını verərlər, hər cür israf və göstərişdən uzaq olduqları üçün Cənabı Haqqın rizası bunların üzərindədir. Yemək içmək və geyim keçim mövzusunda orta yolu tutarlar.
Allahın razılığı yolunda olduqları üçün onların bütün ailə fərdləri bir birinə sevgi hörmət göstərər, həmişə gülər üzlü olarlar. Qonşularla, kasıblarla yaxşı dolanarlar. Evli olan kişi, evinə hər gün vaxtında gəlməlidir. İşini bəhanə etməməlidir. Ailəsini evdə qoyub gecələri futbol oynamağa gedənlər varmış. Bununla bərabər qadın da, ən gözəl paltarını (xüsusilə ərinin bəyəndiyini) geyərək, ərini gülər bir üzlə qarşılamalı, hal-əhvalını soruşmalı, gözəl və sevindirici xəbərlər verərək onun yorğunluğunu aradan qaldırmalıdır. Onunla çox xoşbəxt olduğunu həm hərəkətləri ilə həm də dili ilə bildirməlidir. Xüsusilə yemək süfrəsini gözəl qurmalıdır! Hansı yeməklərdən xoşlanırsa onu pişirməyə səy göstərməlidir.
Kişi ailəsinə qarşı səmimi, lütfkar və mərhəmətli olmalıdır. Qadın ərinə qarşı ifa edəcəyi vəzifələri yerinə yetirməlidir. Laqeydlik edərsə əri buna fürsət verməməli, həddini bildirməlidir. Çox nazik, incə ruhlu, həssas bir adam tanıyıram. Evlilik çağına çatdı və evləndi. İlk gündən etibarən özü qalxaraq işə gedər, xanımı körpə uşaq kimi yataqdan qalxmaz, ərinin yeməyini hazırlamaz, birlikdə çaylarını içməzlərdi. Bu halı görən yoldaşları onu xəbərdarlıq etdiklərində, mən onun o nöqsanlığını zaman gəlincə, anlayacağına ümid edirəm deyərdi. Qadın bu rahatlığı görüncə düşüncəsizliyi, duygusuzluğu artdı. Axşam süfrəsini də hazırlamamağa başladı. Bəhs etdiyimiz gənc, yorğun-arğın işdən gəlincə süfrə hazırlayırdı. Zaman gəldi arvadının yanında bir xidmətçidən daha aşağı dərəcəyə düşdü. Nəzakət, mərhəmət ölçüsündə olsa daha yaxşıdır. Lakin həddi aşılarsa  pis nəticələr alınar, yaxşıların pisləşməsinə səbəb olunmuş olar.   Bəzi insanlar isə əllərindən gəldiyi qədər xanımlarına hədiyyə alarlar, qarşılığında da sevgi və minnətdarlıq gözləyərlər. Halbuki xanımlarının sevgisi o alınan əşyalara görə dəyişər, yəni hədiyyəni alanı görə bilməz hala gələrlər, ehtirasları artar, təşəkkür edəcəkləri halda daha çoxunu istəyərlər, bunu da əldə edə bilmədiklərində isə kədərləri, üsyanları artar. Bu səbəbdən xoşagəlməz davranışlar baş verər. Kişi arvadının, istər öz ailəsinə, istərsə də ərinin qohumlarına qarşı ziyarətlərinə laqeydlik etməməsinə diqqətli olmalıdır. Hər iki tərəfə də eyni səmimiyyət göstərilməlidir. Ziyarətlər nə həddindən tez nə də gec olmamalıdır. Xanımının ondan xəbərsiz kimsə ilə görüşməsinə imkan verməməlidir. Xüsusilə çox lüks yaşayan və lüks yeməklər yeyən, israf bataqlığına düşən kəslərlə ülfəti azaltmağa çalışmalıdır. Xülasə qadın ərindən icazəsiz bir yerə gedə bilməz. Ona bu şüuru yaxşıca aşılamq lazımdır.

Mənbə:

altınoluk jurnalı 1994-cü il oktyabr buraxılışı.

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 148 dəfə.

calal calalov

Read Previous

İslamın elmə gətirdikləri

Read Next

Bir qadın yanında məhrəmi olmadan həccə gedə bilərmi?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.