• 18 Noyabr 2019

AİLƏDAXİLİ MÜBAHİSƏLƏR UŞAQLARIN BEYNİNİ ZƏDƏLƏYİR

23Britaniya alimlərinin yeni araşdırması zamanı müəyyən edilib ki, uşaqların yanında valideynlərin mübahisəsi nəinki, onların psixoloji tarazlığını pozur, həm də beynin inkişafını zədələyir.

Tədqiqatçılar qrupu 11 yaşına çatana qədər ailələrində problemlərlə üzləşən yeniyetmələrin beynin skan ediblər. Bu zaman yaşanan problemlər yüngül formadan ağıra qədər təsvir edilir.

Müəyyən olunub ki, valideynlər arasında mübahisənin şahid, fiziki və emosional zorakılığın qurbanı olan uşaqlar beynin gec inkişafından əziyyət çəkir və psixiki problemlərinin yaranması riski ilə üzləşirlər.

Əvvəlki tədqiqatlar uşaqlar üzərində nəzarətsizlik ucbatından yaranan problemləri araşdırırdısa, yeni araşdırmalar uşaqların inkişafı üçün əvvəllər diqqət edilməyən məişət mübahisələrinin də təhlükə törətdiyi müəyyən olunub.

Şərqi İngiltərə Universitetinin alimləri 17-19 yaş arasındakı 58 yeniyetmənin beynini skan ediblər. Müəyyən olunub ki, onlardan 27-si uşaqlıqda mənfi emosiyalar yaşayıblar. Ailə problemlərinə əziyyət çəkən uşaqlarda beyincik nahiyəsinin xoşbəxt uşaqlıq yaşayanlardan daha kiçik olduğu aydın olub.

Məhz beyincik insanların vestibülyar aparatının idarə olunması, stress və vərdişlərinə cavab verir. Beləliklə, bu uşaqlar təhsillə bağlı problemlər yaşamağa, inkişaflarının ləngiməsinə və psixoloji problemlərlə üzləşməyə daha çox meylli olurlar.

Alimlər tez-tez konfliktlərin insan həyatına təsirini araşdırırlar. Məsələn, Yuta Universitetinin alimləri sevgililəri konfliktlərdən uzaq olmağa çağırır: onlar sübut ediblər ki, sevimli insanla mübahisə nəinki müxtəlif pozğunluqlara və stresə, həm də ürək problemlərinə yol açır.

mənbə:

xezerxeber.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 83 dəfə.

calal calalov

Read Previous

ATA OLANLAR BU XƏBƏRİ MÜTLƏQ OXUMALIDIR

Read Next

KİŞİLƏR EV İŞLƏRİNDƏ ÖZ XANIMLARINA KÖMƏK ETMƏLİDİRLƏRMİ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.