• 29 Mart 2024

Ailədaxili münaqişələrin övladlarımıza təsiri

anne_baba_kavgasiİnsan şəxsiyyətinin ən çox inkişaf etdiyi dövr, uşaqlıq dövrüdür. Bu dövrdə uşaq ətrafında baş verənlərə diqqət kəsilər. Həyatı, insanları və hadisələri, ev içindəki münasibətlərlə, xüsusilə də övlad və valideyin arasındakı ünsiyyətlə anlamağa çalışırlar.
Hər kəsin bir-birinin haqqını tapdaladığı, insanların özbaşına davrandığı ya da hegemoniyanın kimsəyə nəfəs aldırmayacak qədər hər şeydə söz sahibi olduğu ailələrin uşaqlarında qalıcı duyğu və davranış pozuqluqlarına rast gəlinə bilər.
Ana-ata və ya bacı-qardaşlar arasında yaşanan problemlər, uşağın ətrafına baxışını, insanları və həyatı sevməsini, ictimai həyata uyğunlaşmasını təmin etməsini çətinləşdirəcəkdir. Belə mühitlərdə uzun müddət qalan uşaq, olub bitəndən mənfi şəkildə təsirlənəcək və cəmiyyətə zərər verən davranış modelləri inkişaf etdirməyə başlayacaqlar.
Başqa bir ifadəylə ailə içi dava və çəkişmələr, uşağın psixologiyasına mənfi təsir edəcək, nəticə etibarilə uşaqda həyata qarşı istəksizlik, ətraf mühitə düşməncəsinə hisslər bəsləmə, özünə inam əskikliyi, təcavüzkarlıq və başqalarının acı çəkməsindən zövq alma kimi istənməyən pis əxlaq və davranışlar inkişaf edəcək.
Mübahisələrin çox tez-tez yaşandığı bir mühitdə yetişən uşağın məktəb müvəffəqiyyəti da aşağı olar. Xüsusilə diqqət tələb edən dərsləri dinləyib, diqqətini toplaya bilməz. Müəllimlərin ən çox şikayət etdiyi, yoldaşları ilə çox tez-tez dava edən uşaqlar, bu tip uşaqlardır. Ana-atanın hirsli davranışları uşağa da əks olunur. Bu cür uşaqlarda həyata küskünlük, şikayət etmə, təcavüzkar davranışlar, yalan danışma, kin, hirs kimi davranış pozuqluqları görülə bilər.
Əvvəlcə ana-ata və ya bacı-qardaş, kim olursa olsun, uşağın qarşısında mübahisə etməkdən şiddətlə çəkinməlidir. Buna diqqət edilir olmasına baxmayaraq uşaq hər hansı bir davaya şahid olmuşsa, dava sonrası barışmaya da şahid olunmalıdır. Zaman zaman ailə içində fərqli görüşlər olmasının normal olduğu, bunların bir qisiminin həll edilə bilər, bəzilərinin də həll edilə bilməz olduğu, uşağın anlayacağı dillə izah edilməlidir ki, uşaq hər müzakirənin pis bitəcəyini düşünməsin. Müzakirələrin bəzən problemləri həll etmək üçün lazımlı olduğu da deyilə bilər.
Ailə arasındakı fikri ayrılıqlarda, mövzu məcrasından çıxılmamalıdır. Müzakirələr, təhqirə çevrilməməli və incidici ifadələr istifadə etməkdən şiddətlə qaçınılmalıdır. Unudulmamalıdır ki, uşaq çox yaxşı bir qeydiyyat cihazıdır. Sizdən öyrəndiyi söz və davranışları, başqa bir gün, başqa bir nəfərə hirslənəndə eynisiylə təkrar edəcəkdir. Bəzən hirs ilə fərqində olmadığımız bəzi söz və davranışlarımızı, övladımızda gördüyümüzdə çaşmamalı, ona hər zaman “küçədən, başqalarından nələr öyrənmiş!” Gözüylə baxılmamalıdır. Çünki uşaq, böyük nisbətdə bizim kopyalarımızdır.
Müzakirələrin əvəzi uşağa ödədilməməlidir. Məsələn, mübahisə zamanı qorxub əlindən stəkanı salıb qıran uşağı, hirsimizi ondan çıxarmaq üçün döyməməli, əksinə özümüzü ələ almalıyıq. Evdəki davaya şahid olan uşağa, “Bax, sən şahidsən, atan və ya anan mənə təhqir edir.”deyilərək tərəf tutmağa məcbur edilməməlidir. Ana-ata heç bir zaman uşağı öz tərəfinə çəkib bir-birlərini pisləməməli, bir-birlərinin qüsurlarını uşaqla paylaşmamalıdır. Uşağın gözündə ana-ata həmişə bərabər sevə biləcəyi modellər olmalıdır. Uşaq, birini digərinə üstün edəcək vəziyyətə düşürülməməlidir.
Uşaqların davranışlarının təməlində ailələrin böyük rolu olduğu unudulmamalı, davranış pozuqluğu yaşayan uşaqların çoxunun bu psixoloji narahatlıqlarını ailə və yaxın ətrafından əldə etdiyi nəzərə alınmalıdır.

Mənbə:islamveihsan.com

Read Previous

Qurani kərimi unutmamaq

Read Next

23 il sonra Lələtəpədə Quran səsləri eşidildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.