• 21 İyul 2019

AİLƏLƏR ÜÇÜN BİR DAMLA HİKMƏT

1315931127-340Ailə səadəti əslində bizi utandırmayacaq, əksinə köksümüzü iftixar hissi ilə dolduracaq xeyirli övladlar yetişdirə bilmək üçün münbit şərait hazırlaya bilmək sənətidir.
Hər bir qadın ərə gedərkən ana məsuliyyəti ilə ailəsinin səadətinə xidmət etməlidir. Hər bir ailə başçısı ailəsinin maddi tələbatını ödədiyi kimi onun mənəvi ehtiyaclarını da təmin etməyə çalışmalıdır. Ailəsindən yüksək tərbiyə alan övlad böyüyüb alim olarsa, bu gün dünyanın başına bəla olan, “quş qripi”, “donuz qripi” kimi adlandırılan bioloji silah istehsal etməz, öz mənfəəti üçün başqalarının məhv edilməsinə razı olmaz və olmamalıdır da. O ailədə böyümüş bir övlad cəmiyyətin əxlaqını pozan filmlər çəkməməlidir.

Əgər həkim olarsa, pul qazanmaq üçün heç lazım olmadığı halda kimisə əməliyyat masasına yatırmamalıdır. Dərzi olsa, müştərinin parçasına tamah salmamalıdır, ya da əlinə silah alıb universitet koridorlarında önünə gələni güllələməməlidir… Bütün bu müsbət və mənfi keyfiyyətlər ailədə qazanılır. Kim onları bu cür cinayətkar yetişdirdisə, əsl suçlu onlardır. Amma biz hər zaman nəticəyə baxırıq və ağacın kökünü yox, son budağını suçlu elan edirik. Halbuki, o uşaqların hər biri məsum körpə kimi göz açdılar bu dünyaya.

Onları anaları və ataları bu hala gətirdi.

MƏNBƏ:

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 46 dəfə.

calal calalov

Read Previous

MƏHRƏM OLMAYAN QADINLARLA ƏLLƏ GÖRÜŞMƏK CAİZDİRMİ?

Read Next

“RABİA” İŞARƏSİNİ PAYLAŞANLARA 5 İL HƏBS

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.