• 19 Mart 2024

Allah sevgisini necə qazana bilərik?

allah_sevgisi“Dünyaya könül bağlama ki Haqq səni sevsin, insanların əlindəkinə göz dikmə ki, xalq səni sevsin.” (İbn-i Macə, Zühd, 1)
Peyğəmbərimiz (səv), Allahın nüsrəti ilə, səhabələrinin və onları təqib edəcək nəsillərin qitələri və geniş iqlimləri fəth ediləcəyini bilirdi. Bunları ən çətin Xəndək günlərində də müjdələmişdi. Ancaq bununla bərabər, gələcək zənginləşməyə qarşı da səhabələrini xəbərdar edirdi:
“Dünya şirindir və mənzərəsi xoşdur. Şübhəsiz ki, Allah, dünyanın idarəsini sizə verəcək və necə hərəkət edəcəyinizə, nə kimi işlər görəcəyinizə baxacaq. Buna görə də dünyadan özünüzü qoruyun.” (Müslim, Zikr, 99)
“Allaha and içirəm ki, sizlər üçün kasıblıqdan qorxmuram. Lakin mən, sizdən əvvəlkilərin önünə sərildiyi kimi dünyanın sizin də önünüzə sərilib, onların dünya üçün yarışdıqları kimi sizin də yarışa girmənizdən, dünyanın onları məhv etdiyi kimi sizi də həlak etməsindən qorxuram.” (Buxari, Riqaq, 7)
Əsri səadətdən sonra yaşanan fitnə hadisələri də, Peyğəmbər Əfəndimiz (səv)-in narahatlığının nə qədər haqlı olduğunu göstərmişdir.
Hər xüsusda orta yolu tutan dinimiz, dünyaya layiq olduğu qədər əhəmiyyət verməyi və qəlbimizi onunla çox məşğul etməməyi buyurmuşdur.
Uca Rəbbimiz buyurur:
“Bu dünya həyatı əyləncə və oyundan başqa bir şey deyildir. Axirət yurdu isə əsl həyatdır. Kaş ki, biləydilər!” (əl-Ənkəbut, 64)
Yəhya bin Muaz (rəhmətullahi əleyh) belə deyir:
“Arif, axirəti sağ əlinə, dünyanı sol əlinə almış, könlünü də Haqqa çevirmişdir. Artıq heç bir şey onu Haqqdan başqasıyla məşğul edə bilməz.”
Həzrət Mövlana Məsnəvisində belə deyir:
“Dünya, Allahdan qafil qalmaqdır. Yoxsa pul-para, qadın və övlad sahibi olmaq deyil. Səni əyləndirib Haqdan qafil edən nə varsa sənin dünyan odur.”

Mənbə:islamveihsan.com

Read Previous

Hz. Ömərin duaları

Read Next

Uşaq tərbiyəsində 4 əsas qayda

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.