• 18 Sentyabr 2019

Allaha məhəbbət

AllahAllahu təala yaratdiğı bəndəsinin qəlbinə canlı və cansız varlıqlara qarşı sevmək  meyli qoymuşdur.İnsan məhəbbət duyduğu varlığın ləyaqəti sayəsində bir nəticə əldə edə bilər. Bu səbəbdən insan qəlbi fitri olan sevmə meylini ancaq Allah təalaya yönəltdiyi təqdirdə məhəbbətdə kamala çata bilər.Məhz həqiqi məhəbbətə   layiq olan yeganə varlıq, bütün məhəbbətlərin qaynağı olan uca Allahdır. Çünki, hər şeyi yaradan,canlıların ruzilərini ehsan edən, onları qoruyub nəzarətdə saxlayan mütləq kamal və qüvvət sahibi ancaq Odur. Cənnətdə Adəm (a.s)-ı ən gözəl surətdə və böyük bir mükəmməlliklə yaratmışdı. Qullarınında cənnətə girməsini arzu edir. O, bəndələrini çox sevir.Sevginin qarşılığı da ancaq sevgidir. Allah və Rəsulunun məhəbbətini hər şeydən üstün tutan möminlər necə xöşbəxtdirlər. Uca Rəbbimiz buyurur: (Ya Məhəmməd) De ki: Əgər, atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz (qohumlarınız),qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri (əzabı) gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz.(ət-Tövbə,24)

İnsan ən sonda Allah təalanın huzuruna çıxacaq və Ondan başqa bir sığınacaq yer və köməkçi tapa bilməyəcəkdir.Aləmlərin rəbbi olan Allah, necə gözəl dost və necədə gözəl köməkçdir.

Verdiyi bu qədər nemətlərə əlavə olaraq, bizi ən çox məhəbbət duyduğu   Peyğəmbərinə ümmət etdiyinə və bizə ən mükəmməl kitabı olan Qurani-Kərimi verdiyinə görə Allah təalaya çox şükür etməliyik. Bu səbəbdən məhəbbəti Allah təalaya yönəltməyimiz qulluğumuzun bir tələbidir. Uca Allah buyurur: “Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir.” (əl-Bəqərə,165)

Sevən sevdiyini dilindən düşürməz, daim onu düşünər. Peyğəmbərimiz (s.ə.s) də hər an Allahı zikr edər,daim onun sifətləri,qüdrət və əzəmət təcəlliləri və bəxş etdiyi nemətləri üzərində düşünərək hər hərəkətində Rəbbinə dua edərdi. Hətta bir yerə girərkən, oradan çıxarkən,oturarkən,qalxarkən, bir işə başlayarkən, o işi bitirərkən,müxtəlif zaman və məkanlarda etdiyi dualar əshabı   kiramın haradasa əzbərləməyə aciz qalacağı miqdara   çatmış və Peyğəmbərimizdən (s.ə.s) qısa və dolğun dualar xahiş etmələrinə səbəb olmuşdur.

Bir gün əshabı-kiram Rəsulullah (s.ə.s) dən “ bir mömini xüşu içində, digər bir mömini də xüşudan uzaq görürük. Bu fərqin səbəbi nədir? deyə sruşdular. Allah rəsulu (s.ə.s) belə cavab verir:

“ İmanın dadını ala bilən mömin xüşu sahibi olur, imanın dadını ala bilməyən mömin isə xüşu sahibi ola bilməz!” Elə isə imanın dadı necə əldə edilir, ona necə nail olmaq olar? Deyə sorşdular.

Peyğəmbərimiz (səv) belə buyurdu: Onu Allah sevgisinə sadiq olmaqla əldə etmək olar. Bu səfərdə səhabələr bəs Allah sevgisini nə ilə əldə edilir? deyə soruşdular? Rəsulullah (s.ə.s) də belə dedi. “ Allahın Rəsuluna məhəbbətlə əldə edilir.Bu səbəbdən Allah və Rəsulunun rizasını, yenə Allah və Rəsuluna məhəbbət bəsləməklə axtarın.

Bir Allah dostu Allaha duyulan məhəbbətin qarşılığını göstərən bu hadisəni belə nəql edir. Geniş və kimsə yaşamayan biyabandan keçirdim. Qərib bir Çobana rast gəldim. Gördüm ki, dərin bir xüşu içində namaz qılır, sürüsünü də qurdlar qoruyur. Təəccüb etdim. Maraqla namazını bitirməsini gözlədim: Namazını bitirdikdə “Ey çoban! Necə olduki, qurdlar qoyunlarla dost oldu? Onlardakı düşmənlik və canilik ruhunun yerini, necə olduki, sülh və məhəbbət tutdu?” deyə soruşdum. Allaha etdiyi səcdədən çöhrəsi nura qərq olmuş saleh çoban belə cavab verdi: “ Qurdların qoyunlarla olan dostluğundakı bu sirr: Çobanın, sürünün və qurdların əsil sahibinə olan dostluğuna bağlıdır. Yəni bu hal məhəbbətdəki bir sirdir.

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 149 dəfə.

calal calalov

Read Previous

Qara yanvar hadisələrinə mətbuatın baxışı

Read Next

Sən üstünə düşəni elə, gerisini Allaha həvalə et!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.