• 29 Mart 2024

Allahın ayələri qarşısında kor və kar olmamaq

kurani kerim Allahın dəvəti və mesajları qarşısında insanların duruşları tarix boyunca fərqli olmuşdur. Rəhman və Rəhim olan Rəbbimiz, qullarını dünya və axirət etibarilə həmişə “Darüs-salam” a (dinclik və səadət yurduna) dəvət etməsinə baxmayaraq, nəfsinin həva və həvəsini bütləşdirən insan, bu dəvət qarşısında çox vaxt laqeyd, maraqsız və hətta üsyankar bir rəftarın içinə girmişdir . Biz bu yazıda Quran ayələri çərçivəsində mövzunu ələ alacaq və mömin bir şəxsin necə rəftar etməsi lazım olduğunu təsbit etməyə çalışacağıq. Möminlər olaraq, aramızda zaman-zaman kafirlər və münafiqlərin səflərinin olmaması üçün, bu ilahi xəbərdarlıqların bir dəfə daha xatırlanması, imanlı könülləri əlbəttə ciddi bir hesaba yönəldəcək.
Dünyəvi rahatlıq və zövqünün əlindən alınması qorxusu ilə insanlar, ilahi ayələr qarşısında eşitməməzlik yolunu seçərlər. Bu rəftar, inkarçıların rəftarıdır. Ayəti-kərimədə onların bu halları Nuh (əleyhissalamın) dilindən belə izah edilər:
“Sənin onları bağışlamağın üçün mən nə zaman onları (imana) dəvət etdimsə, onlar (dəvətimi eşitməsinlər deyə) barmaqlarını qulaqlarına tıxadılar, (məni görməsinlər deyə) libaslarına büründülər, (küfrlərində) israr edib durdular və təkəbbür göstərdilər.” (Nuh surəsi 7)
Məkkə müşriklərinin Quran qarşısındakı duruşları da bundan fərqli deyildi. Onlar da belə deyirdilər:
“Kafir olanlar (öz dostlarına): “Bu Quranı dinləməyin, o oxunduqda (eşidilməsin deyə) səs-küy (şuluqluq) salın ki, bəlkə, (bununla Muhəmmədə) qalib gələsiniz!” – dedilər.”(Fussilət Surəsi 26)
Özlərinə Allahın ayələri bir xəbərdarlıq olaraq oxunduğu zaman, “indi bunun yeridirmi?”, “Biz nə danışırıq sən nə deyirsən?” Deyərək, ya da bədən diliylə üzünü turşudaraq, göz qaş işarəsiylə bu xəbərdarlığı edən kəslərə sanki lağ edən kəslər, görəsən hansı safda durmuş olurlar?
Kimiləri də Allahın ayələrini dinlərlər, lakin, gərəyini ifa etməzlər. Bu qrupda olanlar da çoxdur. Rəbbimiz bu qrupun tipik nümunəsi olaraq Yəhudilərdən bir qrupa diqqət çəkər:
“Yadınıza salın o vaxtı ki, Biz sizdən əhd alıb, Tur dağını başınızın üstünə qaldırmış və: “Sizə verdiyimizdən (Tövratdan) möhkəm yapışın, (oradakı hökmləri) eşidin!” (demişdik). Onlar (sizin ata-babalarınız) isə: “Eşitdik və (o hökmlərə) qarşı çıxdıq (əməl etmədik)!” – dedilər. Çünki küfrləri üzündən buzovun məhəbbəti qəlblərini bürümüşdü. (Ya Rəsulum!) Onlara de: “Əgər iman gətirmisinizsə, imanınızın sizə belə əmr etməsi necə də pisdir!”(Bəqərə surəsi 93)
Təfsir alimlərimiz, bu ayənin izahında demişlər ki: Peyğəmbərlərin üzünə qarşı bəlkə “Eşitdik üsyan etdik” deməmişlər. Lakin, “eşitdik” dedikdən sonra o mesajın gərəyini yerinə yetirməmiş, əməl, davranış və hallarıyla sanki “üsyan etdik” demişlər. Uca Rəbbimiz möminlərin belə olmamasını istəməkdə və özlərini belə xəbərdar etməkdədir:
“Ey iman gətirənlər! Allaha və Onun Peyğəmbərinə itaət edin, (Quranı, oradakı öyüd-nəsihətləri) eşitdiyiniz halda, ondan üz döndərməyin!Eşitmədikləri (ürəkləri ilə təsdiq etmədikləri) halda (dilləri ilə): “Eşitdik!” deyənlər (münafiqlər) kimi olmayın! Allah yanında (yer üzündə) gəzən canlıların ən pisi (haqqı) dərk etməyən karlar və lallardır.”(Ənfal Surəsi, 20-22)
Allahın ayələrini eşitdiyini söylədikdən sonra gərəyini yerinə yetirməmə vəziyyəti imanla barışmayan bir rəftar olaraq qiymətləndirilmişdir. Burada çox vaxt nəfsin arzularına qarşı Allahın tərəfini seçə bilməmə zəifliyi mövzubəhsdir. Belə bir iman sərhəddi, təhlükəli bir uçurumun kənarında gəzmək kimidir. Rəbbimiz iman edənlərdən daha dəqiq bir duruş gözləməkdədir. Belə ki:
“Aralarında hökm vermək üçün Allahın (Allahın kitabının) və Peyğəmbərinin yanına çağırıldıqları zaman möminlərin sözü ancaq: “Eşitdik və itaət etdik!” – deməkdən ibarətdir. Nicat tapanlar da məhz onlardır!”(Nur surəsi 51)
İnsanlar arasında digər bir qrup da ilahi ayələri dinləyər, Allahu təlanın nə demək istədiyini anlayar, lakin mənfəətinə uyğun gəlmədiyi üçün bilə-bilə özünə sərf edəcək şəkildə yorumlayar. Yəni özünü ayələrə görə, ayələri öz istəyinə görə şərh edər. Rəbbimiz bu qrupa da Yəhudi alimlərindən misal verir:
“(Ey möminlər!) İndi onların (yəhudilərin) sizə inanacaqlarına ümidmi edirsiniz? Halbuki (Musa dövründə) onların içərisində elələri vardır ki, Allahın kəlamını (Tövratı) dinləyib anladıqdan sonra, onu bilə-bilə təhrif edirlər.”(Bəqərə Surəsi, 75)
Nəfsinin qulu olmuş bu kimi kəslər, mömin olduqlarını söylədikləri halda, belə bir rəftarın içinə girə bilməkdədir. Belə demək olarsa, öz ağlını, daha doğrusu nəfsinin istəklərini rəhbər tutub “özünə sərf edən” bir Müsəlmanlıq yaşamaq istər. Belələri öz yalanlarına özləri də inanmağa və hətta bu inanclarını müdafiə etməyə başlayırlar. Dünya həyatının keçici və sadə bir mənfəəti uğruna, əbədi həyatlarını cəhənnəmə çevirən bu kimi kəslər də tarix boyunca inananlar arasında davamlı var olmuşdur.
İlahi mesajlar qarşısında bir qrup daha vardır ki, onlar da görüb eşitdikləri halda kor və kar roluna bürünənlərdir. Bu ayələr bu vasıftaki kəsləri belə izah edir:
“Onların içərisində (Quran oxuyarkən) səni dinləyənlər (lakin onu qəbul etməyənlər) də vardır. (Onun) ağlıkəsməz, anlamaz karlara sənmi eşitdirə biləcəksən?!” (Yunus Surəsi 42)
“Şübhəsiz ki, sən nə ölülərə (haqqı) başa sala bilər, nə də dönüb gedən karlara (haqqa) çağırışı eşitdirə bilərsən! Sən o korları düşdükləri əyri yoldan düz yola gətirə bilməzsən. Sən (haqqı) yalnız ayələrimizə inananlara eşitdirə bilərsən. Məhz onlar müsəlmandırlar. (Allaha ürəkdən inanıb Ona canla-başla itaət edərlər). “(Nəml surəsi 80-81)
Əlbəttə buradakı korluq və karlıq, zahiri korluq və karlıq deyil, könüllərin korluğu və karlığıdır. Bu həqiqətə də ayəti-kərimədə belə diqqət çəkilir:
“Məgər onlar (peyğəmbərləri yalançı hesab edən kafirlər) yer üzündə gəzib dolaşmırlarmı ki, düşünən qəlbləri (bəsirət gözləri), eşidən qulaqları olsun? Həqiqətən, gözlər kor olmaz, lakin sinələrindəki ürəklər (qəlb gözü) kor olar. (Kafirlər keçmiş ümmətlərin başına gələn müsibətləri zahiri gözləri ilə görsələr də, qəlb gözü ilə görüb onlardan heç bir ibrət almazlar). “(Həcc Surəsi, 46)
Uca Rəbbimiz Rəhmanın xas qullarının belə bir vəziyyətdə ola bilməyəcəklərini belə bəyan edir:
“O kəslər ki, Rəbbinin ayələri zikr olunduğu vaxt özünü onlara qarşı kar və kor kimi aparmaz (əksinə, onlara cani-dildən qulaq asar);” (Furqan Surəsi 73)
Bəli bütün məsələ budur: İlahi ayələr qarşısında kor və kar olmamaq. Çünki iman etmək demək, ilahi mesajlara qulaq vermək və onları həyat halına gətirmək üçün tam bir təslimiyyətlə itaətə yönəlməkdir:
“Bizim ayələrimizə ancaq ayələrimizlə öyüd-nəsihət olunduqları zaman səcdəyə qapananlar və təkəbbür göstərməyərək Rəbbini həmd-səna ilə təqdis edənlər iman gətirərlər.” (Səcdə Surəsi, 15)
Rəbbimizin bütün bu xatırlatmalarından sonra, İslam ümməti olaraq bu gün Onun bu uca əmrini mömin bir könül, mömin bir göz və yenə mömin bir qulaqla bir daha oxuyaq:
“Ey iman gətirənlər! … Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!”(Maidə Surəsi, 2)
Mömin bir fərd, mömin bir camaat, mömin bir qəbilə və mömin bir qövm olduğumuzu söyləyə-söyləyə, bu ilahi əmr qarşısında tutduğumuz mövqeyimiz, möminlərin mövqeyidirmi? Yoxsa kafirlərin, münafiqlərin və yoldan çıxmış əhli kitabın mövqeyindəyikmi?
Yardımlaşmalarımız yaxşılıq və təqvamızı artırırmı? Yoxsa günah və düşmənçiliyimiz artmaqdadırmı?
Xülasə, bu fani dünyadakı əmək və səylərimiz, yer üzünün abadlıq və islahına mı xidmət etməkdədir? Yoxsa xarabalıq və fəsadına mı səbəb olmaqdadır? Vicdanımızda iman işığı hələ var isə hər kəs öz könlündəki həqiqətin səsini duyacaq.

Mənbə:altinoluk.com

Read Previous

Uşaqların psixoloji sağlam böyümələri üçün valideynlər necə davranmalıdırlar?

Read Next

Abort haqqında (video)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.