• 25 Aprel 2024

Allahın qədərindən Onun başqa bir qədərinə qaçırıq

Hz. Ömər (ra) Şama getmək üçün yola çıxmışdı. Serg adlanan yerə çatanda ordu komandiri Əbu Ubeydə ibin Cərrah və yoldaşları Onu qarşıladı və Ona Şamda vəba xəstəliyi yayıldığını bildirdilər. Hz. Ömər (ra) əvvəlcə mühacirləri və ənsarı çağırdı. Onlar necə hərəkət edilməsi lazım olduğu barədə fərqli fikirlər söylədilər. Bəziləri geri dönməyi, bəziləri isə xəstəliyin olduğu yerə getməyi məsləhət görmədilər. Hz. Ömər (ra) daha sonra Məkkənin fəthindən əvvəl Mədinəyə hicrət edən Qureyşli mühacirlərinin yaşlılarını çağırdı. Onlar da Şama getməyi məsləhət görməyib belə dedilər:

“İnsanları geri döndərməyini və bu vəba xəstəlik olan yerə onları aparmamağı məqsədəuyğun hesab edirik.”

Bütün bu məsləhətləşmələrdən sonra Hz. Ömər (ra) camaata geri dönmələri üçün tapşırıq verdi.

Əbu Ubeydə ibin Cərrah(ra) Hz. Ömərə:

“Allahın qədərindənmi qaçırsan?” – deyə soruşdu.

Hz. Ömər (ra) Ona: “Bəli, Allahın bir qədərindən başqa bir qədərinə qaçıram.” dedi.

Read Previous

Ərəb dili dərsləri – beşinci dərs (2)

Read Next

Gen xariqəsi