• 19 Oktyabr 2019

Allahın qiyamət günü danışdırmayacağı üç insan

allahin_konusmayacagi_3_insanZəkat və sədəqə kimi infaklarda ədəb çox mühümdür. Xüsusilə verən, alana təşəkkür hissiyyatı içində olmalıdır. Çünki alan kimsə, onu fərz olan bir borcdan xilas edərək əcrə nail etməkdədir. Verilən sədəqələr eyni zamanda, verən adamı xəstəlik və müsibətlərə qarşı qoruyan bir qalxandır. Yoxsullar, kasıblar və qəriblər, əslində varlı kimsələr üçün böyük bir nemətdir. Çünki cənnət qapıları, onların duaları ilə açılır.

EDİLƏN İNFAKLARI BAŞA VURMAMAQ LAZIMDIR.

Quran-ı Kərimdə, sədəqə verərkən diqqət ediləcək ədəbə dair belə buyurulmuşdur:

Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslərin halı, üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq bir daş halına salar. Onlar qazandıqlarından bir şeyə qadir (nail) olmazlar. Şübhəsiz ki, Allah kafirləri haqq yoluna yönəltməz!”(Əl-Bəqərə, 264)

Bu ayədə zəkat vermək və infaq etmək təşviq edilməklə birlikdə, bunu edərkən riayət edilməsi lazım olan ədəb açıq bir şəkildə izah edilir. Yəni qəlb qıraraq, kasıbı kiçik hesab edərək, əziyyət verərək və başa vuraraq edilən bir xeyrin, Allah qatında heç bir dəyəri yoxdur.

Allahın qiyamət günündə danışmayacağı insanlar


Həzrəti-i Peyğəmbər -səllallahu əleyhi və səlləm- buyurur:

“Üç adam vardır ki, qiyamət günü Allah onlarla danışmayacaq, üzlərinə baxmayacaq və onları təmizə çıxarmayacaqdır. Onlar üçün ağrılı-acılı bir əzab vardır. ”

Rəsulullah -səllallahu əleyhi və səlləm-in bu sözləri üç dəfə tekrarladığına şahid olan Əbu Zər -radiyallahu anh-:

“-Adları Batsın, umduklarına çatmasın və ziyana uğrasınlar! Kimlərdir bunlar ya Rəsulallah? “Deyə soruşdu.

Rəsulullah -səllallahu əleyhi və səlləm-:

“-Paltarını (Təkəbbür və qürurlanaraq) yerdə sürüyən, verdiyini başa qaxan və malını yalandan and içərək satışa çıxaran! ..” Buyurdu. (Müslim, İman, 171)

Bu bəyanlar göstərir ki, başa qaxmaq və incitməklə edilən xeyirlər, qulu əzaba düçar edən ağır günahlardandır. Çünki qəlblər, Allahın nəzər etdiyi yerlərdir. Mövlana Həzrətləri buyurur:

“Sən varlığını, malını və mülkünü gözəl bir şəkildə infaq edərək, bir qəlbi sevindir ki, o könlün duası məzarda, o qapqara gecədə sənə işıq versin, nur olsun!”

Kasıb və ehtiyac sahibi insanlar comərdlər üçün bir nemətdir

Yenə Həzrəti-i Mövlana (qs) hikmət dolu beytlərində Cənabi-Haqqa şükür borcunun ifasına vəsilə olması səbəbiylə yoxsul və möhtac kəslərin comərdlər üçün bir nemət olduğunu, Səxavətin ancaq onlarda yuva tapdığını, bu səbəblə onların könüllərini incitməmək lazım olduğunu bu şəkildə izah edir:

“Yoxsul adam comərdliyin güzgüsüdür. Əsla güzgüyə qarşı könül incidici sözlər söyləyərək o güzgünü buğulandırma.

Allahın comərdlik təcəllisinin bir təzahürü də kasıblardır. Haqq Təala, kasıbları kərəm sahiblərinə müraciət etdirər. Beləcə himayəedici zənginlər üçün səadət yolları hazırlanır. Haqq Təalanın bir başqa comərdlik təcəllisi də, yoxsula kömək etməsi üçün zənginin könlündə sevgi və mərhəmət duyğusu oyandırmasıdır.

Yoxsul adam necə comərdliyə, yaxşılığa möhtac isə, comərdlik və yaxşılıq də yoxsul adama möhtacdır. Gözəllər, gözəlliklərini seyr etmək üçün necə tozsuz, kirsiz, parlaq bir güzgü axtararlarsa, comərdlik də yoxsulları, zəifləri eləcə axtarmaqdadır.

Bu halda yoxsullar Haqqın comərdlik güzgüləridir. Haqdan fani olan saleh zənginlər, sərvətlərinin bir əmanət olduğunu idrak edərək Haqq qarşısında nəfslərinin acizliyini anlamışlar və ilahi comərdliyi əks etdirən insanlar olmuşlar. Haqqın comərdliyindən bir nəsib alaraq sexavətdə faniləşmişlər.

Az və ya çox sahib olduğu zənginliyi, ürəyində daşıyanlar, axirət kasıbı olan bədbəxtlərdir. Bu tip insanlar, Haqq yolundan uzaqdırlar. Varlıqları nisbidir.

Bunlar, könülləri Allahdan uzaq olan həqiqi zavallı və ruhanniyyət kasıblarıdır. Zahiri varlıqları isə bədbəxtliklərinin cansız bir naxışı, solğun bir şəkilidir. Bunlar, həqiqətdən xəbərsiz, ruhsuz kəslərdir ki, sən bunlara yaxınlıq göstərmə!

Diqqətli ol; bu ölülərin önünə yemək qabı qoyma! Onlara iltifat edib yaxınlıq göstərmə! Elə varlıq sahibləri, məhşərin səfil dilənçiləri olacaqlardır!

Belələri məna deyil, mal mülk dərvişləridir. Onlar, səfalətlərini səadət sanarlar, özlərinə görə gözəl yeməklər yeyər, şirin bal içərlər. Gərçəkdə isə, ilahi loxmadan nasipsizlerdir.

Ey bu ziyana düşmək istəməyən insan! Sən məxluqatı cömertliğinle qucaqla ki, Ariflərdən olasan!”

Mənbə:

islamveihsan.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 215 dəfə.

calal calalov

Read Previous

Kasıblar varlılardan əvvəl cənnətə girəcək

Read Next

Zəkat verməyin 6 mühim faydası

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.