• 22 Oktyabr 2019

Allahın rəhmətindən ümidinizi kəsməyin

Bismillah 2 WMömin, Xaliqin şəfqət nəzəriylə məxluqata baxış tərzi qazanmalıdır. Mərhəmətə möhtac insanlara infaq etməklə mükəlləf olduğu kimi, qapısına gəlmiş olan it-pişikdən belə məsul olduğunun fərqində olmalıdır.
Çünki, neçə-neçə kiçik görünən hadisələr vardır ki, qulu, böyük mükafatlara nail edər, yenə neçə-neçə kiçik görünən hadisələr vardır ki, qulu, böyük bir əzaba düçar edər. Cənabi-ı Haqqın rəhməti də qəzəbi da bəzən böyük, bəzən orta, bəzən də kiçik görülən bir hadisədə təcəlli edə bilər.
Allah Təala, Davud (əs)-a belə vəhy etdi:
“-Ey Davud! Siddiqləri qorxut. Fasiqləri müjdələ!”
Davud ə.s (aldığı bu ilahi əmrin dərinliyindəki hikməti qavrayamadığı üçün, böyük bir heyrət içərisində belə soruşdu):
“Ya Rəbbi! Siddiqləri müjdələyib, fasiqləri qorxutmaq lazım deyildirmi? ”
Cənabi-Haqq bunun üzərinə Ona belə vəhy etdi:
“-Ey Davud! Siddiqləri qorxut ki, öz əməllərinə güvənərək qürurlanmasınlar. Fasiqləri müjdələ ki, rəhmətim gazabımdan çoxdur.”
Hər şeydən əvvəl bunu unutmamaq lazımdır ki, qulun işlədiyi saleh əməllər, əbədi qurtuluşun bir əvəzi deyil, yalnız bir vəsiləsidir. Çünki insanı gözəl əməllər işləməyə müvəffəq qılan da, bütün çatışmazlıqlarına baxmayaraq onları qəbul edən də Cənabı Haqdır. Burada qula düşən vəzifə isə, yaradılışının zərurəti olaraq bir ömür “qulluq” istiqamətində yaşamaq və daim Cənabi-Haqqa iltica etməkdir. Necə ki, ayeyi-kərimədə belə buyurulmuşdur:
“…Ona (Allaha) həm qorxu, həm də ümidlə dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır!”(Əl-Ə’RAF, 56)
Bu baxımdan, əbədi səadət və salamatlığa çatmaq üçün, Allaha duyulan qorxu və ümid duyğularını qəlbimizdə hər zaman mühafizə etməliyik. Çünki sevən, daim sevdiyini incitmə qorxusuyla və onun məhəbbətini itirmə qorxusu ilə yaşayır. Mömin də Allahın məhəbbətini itirməkdən qorxmalı, lakin Onun rəhmətindən də ümidvar olmalıdır.
Ayəti-kərimədə Allahu təala belə buyurur:
“… Mərhəmətim hər şeyi ehtiva etmişdi….” (əl-Əraf, 156)
Fəxri Kainat (səllallahu aleyhi və səlləm) Əfəndimiz, bu ayəni təfsir mahiyyətində belə buyurmuşdur:
“Allah Təala varlıqları yaratdığı zaman, öz qatında Ərşin üstündə olan kitabına:”Mərhəmətim həqiqətən gazabıma qalibdir!” Deyə yazmışdır.” (Buxari, Tövhid, 15, 22, 28, 55; Müslim, Tövbə, L4-L6)
Lakin Cənabı  Haqqın rəhmətinin qəzəbindən çox olması, insanda əsla və əsla bir rahatçılığa yol açmamalı, dini mövzularda ona ən kiçik bir zəiflik verməməlidir. Çünki bilinməlidir ki Cənabı Haqq, “Rəhman” və “Rəhim” olduğu qədər, “Qahhâr” və “Müntaqim” dir.
Peyğəmbər Əfəndimizin göndərilməsinin hikməti də insanoğlunu yalnız cənnətlə müjdələmək deyil, eyni zamanda axirət əzabı ilə də xəbərdar etməkdir. Bu həqiqət ayə-i kərimədə belə bildirilməkdədir:
Ya Peyğəmbər! Həqiqətən, Biz səni (ümmətinə) bir şahid, bir müjdəçi və bir qorxudan kimi göndərdik! ” (Əl-Əhzab,45)
Yəni bir kimsə, böyük günahlar işləməyə davam edər və; “Necə olsa Rəbbimin mərhəməti genişdir, məni bağışlayar!” Deyərək özünə xoş gələn günah fırtınaları içində çalxalanarsa, çatacağı son nöqtə səadət limanı ola bilməz. Lakin böyük bir könül yanğını içində tövbə və istiğfar edə bilərsə vəziyyət dəyişər. Çünki hədisi-şərifdə belə bir müjdə verilmişdir:
“Allah Təala gündüz günah işləyənin tövbəsini qəbul etmək üçün gecə öz qapılarını açar. Gecə günah işləyənin tövbəsini qəbul etmək üçün də gündüz öz qapılarını açar. Günəş batdığı yerdən doğana qədər bu belə davam edib gedir. “(Müslim, Tövbə, 31)
Yəni fasiqlərin və günahkarların da yeganə sığınacaq yeri Cənabı Haqdır.
Digər tərəfdən bir mömin, əbədi səadət və salamatlığı üçün əsla ibadətlərinə və etdiyi saleh əməllərə guvənməməli, daim Allahın rəhmətinə sığınmalıdır. Necə ki bir dəfə Rəsulullah (səllallahu əleyhi və səlləm) Əfəndimiz, əshabına belə buyurmuşdu:
“- (İşlərinizdə) orta yolu tutun, düz olun. Bilin ki, heç biriniz əməli sayəsində qurtuluşa çata bilməz. ”
(Əbədi qurtuluşun yalnız əməllə qazanılamayacağı həqiqəti, əshabi-kiramı o qədər heyrətə saldı ki, bu mövzuda Peyğəmbər Əfəndimiz (səv)-in bir istisna təşkil edib etmədiyini maraq edərək 🙂
“-Siz Də mi xilas ola bilməzsiniz, ey Allahın Rəsulu?” Deyə soruşdular.
Əfəndimiz (səllallahu aleyhi və səlləm) belə cavab verdi:
“- (Bəli) mən də qurtula bilmərəm. Ancaq, Allah rəhmət və kərəmi ilə məni bağışlamış olarsa, o başqa! “(Müslim, Münafıksın 76, 78)

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 62 dəfə.

calal calalov

Read Previous

Əbu Damdam kimdir?

Read Next

Gecə ibadətinə necə qalxılır?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.