• 19 Mart 2024

Almaniyada daha bir vilayətdə islam rəsmi din kimi tanınacaq

alm

Müsəlmanlarla Bremen rəhbərliyi arasında dövlət müqaviləsi imzalanacaq.

Almaniyanın daha bir vilayəti İslamı rəsmi din kimi tanımağa hazırlaşır.

Almaniyanın Bremen əyalətində 15 yanvar tarixində yerli rəhbərlik və müsəlman təşkilatları arasında imzalanacaq dövlət müqaviləsi ilə İslamın vilayətin rəsmi dini kimi tanınacağını bildirir.

Xəbərlərdə müqavilənin imzalandıqdan sonra vilayət şurasında təsdiq olunacağı təqdirdə müsəlmanların vilayətdə icma statusu qazanacaqları da öz əksini tapıb. Bremen İslam Şurasının (BİŞ) sədri Mustafa Yavuz açıqlamasında İslamın vilayətin rəsmi dini sayılması prosesində sona yaxınlaşdıqlarını deyib.

Sözügedən məsələ ilə bağlı müzakirələrin artıq üç ildir ki, davam etdiyini bildirən şura sədri tərəflər arasında müqavilə mətni xüsusunda razılığın əldə olunduğunu qeyd edib. Yavuz müqavilənin imzalandıqdan sonra vilayət parlamentinə göndəriləcəyini bildirib. Bremendə 50 minədək müsəlmanın yaşadığını açıqlamasında qeyd edən BİŞ sədri müqavilənin yerli parlamentdə təsdiq olunacağına ümid etdiklərini deyib.

 

 

 

/azerimuslims/

Read Previous

Yer üzü Həkimləri Təşkilatı Qəzzaya yollanır

Read Next

Salehi: “Bütün iranlılar sünnidirlər!”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.