• 29 Mart 2024

Amerikalılar islamın nə üçün sürətlə yayılmağının səbəblərini araşdırıblar

islammmmAmerikalı alimin apardığı araşdırmaların nəticələri açıqlanıb.

Amerikalı alim Şeyx Əhməd Qutti insanların nə üçün İslam dinini qəbul etdiklərini araşdırıb. Araşdırmalar nəticəsində aşağıdakı nəticələr əldə edilib.

1. İndiyədək əsasları qorunub günümüzə çatmış yeganə din İslamdır. Bu dinə insanların sonradan müdaxiləsi halları baş verməmişdir.
2. İslamdakı dini mətnlər bu dünyanın müasir insanın anlayışı ilə səsləşməyən əfsanələrdən uzaqdır.
3. Quran, başqa sözlə İslam elmi həqiqətlərlə ziddiyyət təşkil etmir.
4. İslamın müqəddəs kitabı ağlın rolunu təsdiq edir.
5. İslamın ibadət və inanc sistemi sadə, başa düşülən və təbiidir.
6. Adəm oğlu praktiki təcrübələrlə İslam təliminin faydalarını asanlıqla müşahidə edir.
7. İslam yaradılışdan bəri insana bəxş edilən bütün fitri hissləri nəzərə alır.
8. İslam insana praktiki nümunə olaraq, Həzrəti Məhəmmədin həyatını təqdim edir.
9. İslam dinində insanın günahkar olaraq doğulması anlayışına yer yoxdur.
10. Quran həm müsbət elmlərə olduğu kimi insanın mənəvi aləminə də diqqətlə yanaşır.
11. Quran hər bir düşünən insanı maraqlandıran ölümdən sonrakı həyat kimi sualları cavablandırır.
12. İslam insanları bir-birindən uzaqlaşdıran baryerləri dağıtmaq üçün qardaşlıq prinsipini vurğulayır.
13. İslam insanın əldə etmək istədiyi sonsuzluq, qurtuluş və xoşbəxtlik üçün insana vəd verir.
14. İslam tarixi ədalətin, mərhəmətin və şəffaflığın olduğu cəmiyyət modeli təqdim edir.
15. İslamda Allah ilə bəndə arasında vasitəçi yoxdur. Belə ki, insan birbaşa Allahla ünsiyyət yaradır. Bununla da İslamda əsrlər boyu insan inancını istismar edən iyerarxiya aradan qaldırılmışdır.

/azerimuslims/

Read Previous

Uşaqlarımıza ən çox qoyulan adlar

Read Next

Dua Möminin Silahıdır.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.