• 19 Aprel 2024

Ana südü və körpə

korpeAna südünü dünyanın “ən möcüzəli qidası” adlandırmaq olar. Onun faydaları hədsizdir. Yeni doğulmuş körpənin ana südü ilə qidalanmağı son dərəcə önəmlidir. Ana südünün tərkibindəki vitaminlər, qidalı və faydalı maddələr körpə orqanizminin fiziki, zehni inkişafını təmin edir. Ana südü eyni zamanda körpələrin müxtəlif xəstəliklərə yoluxmasının qarşısını alır. Xərçəng və bir çox digər xəstəlikləri əngəlləməklə bərabər, zökəmə səbəb olan bakteriyanın, infeksiyaların qarşısını almağa qadirdir. Bu möcüzəli qida həm də övladınızı gələcəkdə yarana biləcək piylənmə və şəkərli diabetin yaranma riskini azaldır. Ana südü ilə qidalanan körpələrdə hissetmə, bağırsaq, tənəffüs yolları, nəfəs borusunda yarana biləcək  problemlərə əmziklə qidalananlara nisbətən daha az rast gəlinir.  Tibb sahəsində  belə bir ifadə var ki, körpələrin ilk peyvəndi məhz ağız südüylə başlayır. Artıq sübuta yetirilmiş faktdır ki, ana südüylə qidalanan uşaqların intellektual və fiziki sağlamlıq göstəriciləri digərlərindən dəfələrlə yüksək olur.

Ana südü ilə qidalanma ən azı körpənin 6-cı ayına kimi davam etdirilməlidir. Qeyd etmək lazımdır ki, ana südü körpənin müxtəlif ağrılarını da azaltmağa qadirdir.

Südünüzün azlığından şikayət edirsinizsə, müxtəlif qidalar vasitəsi ilə bunu bərpa edə bilərsiniz. Südün başlıca mənbəyi təbii ki, yaxşı qidalanmaqdır. Bol proteinli qidalara üstünlük verməlisiniz. Araşdırmalar göstərir ki, şüyüd, əncir və əncir qurusu, ağ üzüm, ağ tut, balqabaq, sumax, çiyələk, kərəviz, gicitkən, zirə, razyana, ət, toyuq, lobya, noxud, xurma, bol vitaminli meyvə-tərəvəz ana südünün çoxalmasına gətirib çıxarırr. Bacardığınız qədər maye qəbul etməyə çalışın. Təbii sıxılmış meyvə suları, su, çay südünüzün artmasında sizə yardımçı olacaqdır. Enerjili olmaq üçün  mümkün qədər çox dincəlin.

Hər bir valideyn övladının xoşbəxt və sağlam olmağını arzulayır. Bunun təməlini isə uşağınızı ana  südü ilə qidalandıraraq qoya bilərsiniz. Odur ki, körpənizi sağlamlıq mənbəyi olan ana südündən məhrum  etməyin !

mənbə:

merkeziklinika.az

Read Previous

Xəstə ziyarəti (görüntülü xütbə)

Read Next

Körpə və iştahsızlıq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.