• 19 Aprel 2024

Ananın, uşaqların baxımı və tərbiyəsində göstərdiyi həssaslıq necə olmalıdır?

annevecocukBir atalar sözündə “əl-Ümmü medresetün: ana məktəbdir.” Deyilməkdədir. Qadın, evdə uşaqlarıyla daha çox birlikdə olduğu üçün uşaqlara gözəl nümunələr sərgiləyərək, onların ruhunda qalıcı izlər buraxmaq surətiylə “ilk və ən böyük tərbiyəçi” olmalıdır.
Ananın ağzından çıxan hər söz, uşağın şəxsiyyət binasına qoyulan kərpic kimidir. Ana ürəyi uşağın təhsil gördüyü bir sinifdir. Şəfqətin ən böyük mənbəyi analardır. Ana tərbiyəsindən məhrum uşaqların tərbiyəsi çətinləşər. Yüksək xarakterli insanlar, daha çox salehə anaların yetişdirdiyi uşaqlardır.
Ev işləri, övlad tərbiyəsi, ərinə xidmət kimi qiymətli vəzifələri vəfalı çiyinlərinə alan fədakar salehə bir ana, ciddi olaraq geniş bir sevgiyə, dərin bir hörmətə və ömürlük bir təşəkkürə layiqdir. İslam aləmində, ciddi və fəzilətli müsəlmanlar, ana-ataya, xüsusilə anaya aid hörmətlərin ən yüksək nümunələrini vermişlər.
Allah Rəsulu -səllallahu əleyhi və səlləm- əfəndimiz, hər həftə süd anaları olan Halime (ra)-ı ziyarətə gedər, mübarək cübbələrini yerə sərər və sütanasının bunun üzərinə oturmasını istəyərdi. Süd ananın, otağa hər giriş və çıxışlarında ayağa qalxar və ona hörmət göstərərdilər.
Xüsusilə uşaqlara daha yaxın olma fürsətinə sahib olan analar, göz nuru balalarını tərbiyə barəsində səhabə xanımlarını misal almalıdır. Belə ki:
Həzrəti Peyğəmbər -sallallahu əleyhi və səlləmin tərbiyəsində nümunə analar halına gələn səhabə xanımlar, Rəsulullah -səllallahu əleyhi və səlləmi görməkdə gecikən və uzun zaman görüşməyən övladlarını xəbərdarlıq edərdilər. Necə ki Hüzeyfə -radiyallahu anh- bir neçə gün Əfəndimiz səllallahu aleyhi və səlləmi görmədiyi üçün anası onu azarlamışdır. Özü bunu belə izah edir:
Anam mənə soruşdu:
“-Peyğəmbər əfəndimizlə ən son nə zaman görüşdün?” Mən də:
“-Bir neçə gündən bəri onunla görüşəmədim.” Dedim.
Mənə çox hirsləndi və pis bir şəkildə danladı. Mən də:
“-Dayan hirslənmə! İzin ver Rəsulullah -səllallahu əleyhi və səlləm- Əfəndimizin yanına gedim, onunla birlikdə axşam namazını qılım, sonra da həm mənə, həm də sənə istiğfar etməsini ondan istəyim. “Dedim. (Tirmizi, Mənaqib, 30; Əhməd b. Hənbəl, Müsnəd, V, 391-2)
Bu tərbiyə istiqamətində uşaqlarımızı boş və lazımsız davranışlardan, israfdan qorumamız lazımdır. Onlara gözəl ad qoymalı, Quranla tanış etdirməli, kiçik yaşda özlərinə Rəbbə qul ola bilmənin, xüsusilə namaz qılmanın zövqünü; kiçicik, tozlanmamış və kirlənməmiş ürəyinə muhtaca kömək etməyin
, infaq etməyin sevincini daddırmalıyıq.
Bu xüsuslarda səhv və xətalı davranışlardan, yəni eqoizmi duyğusunu gücləndirəcək mənfiliklərdən maksimum dərəcədə qaçınmalıyıq. Çünki uşaq, bir video kaseti kimi ana və atalarındakı bütün davranışları əyrisini doğrusunu heç ayırd etmədən, olduğu kimi qeyd və təqlid etmə meyli içindədirlər. Məsələn infaqla əlaqəli bir pis davranışın uşağın saf zehnini necə bürüyəcəyini təsəvvür etmək üçün belə bir hadisə üzərində düşünək:
Bir ata, qapıya gələn yaşlı, xəstə və pərişan vəziyyətdəki bir möhtacı, kiçik qızının yanında azarlayırdı. Qızı da yaşının saflığı içərisində:
“-Atacan, Niyə bu yazığın ürəyini incidirsən?” Deyə soruşdu.
Qatı ürəkli ata:
“-Sən bunlara fikir vermə qızım! Belələri başqalarına yük olmaqdan utanmazlar! Əllərinə var dövlət keçəndə də israfdan qaçınmırlar. Bunlar bəlkə də bizdən daha zəngindirlər. “Dedi.
Qapıya gələn adam, həddindən artıq ehtiyac sahibi olduğundan:
“Allah rizası üçün.” deyə istəməyə davam edincə ata yaxşıca hirsləndi və:
“-Rədd ol burdan utanmaz!” Deyə qışqırdı.
Bu hadisə qarşısında kiçik qız, ilk zamanlar acıma hissi ilə dolu olsa da atasının bu rəftar və sözlərinə şahid ola ola yetişdiyi üçün böyüdüyündə heç bir möhtaca kömək etməyən, üstəlik onları eşitməyən, hiss etməyən, onların izdirabları qarşısında ürpərməyən bir kimsə halına gəlməz mi?
Mərhum Allah dostlarından Musa Əfəndi (qs), bir muhtaca bir şey vermək istədiklərində bəzən kiçik uşaqların əli ilə verir, onların infaq etməyə vərdiş almasını təmin edərdilər. Bir dəfə mühüm bir xidmət üçün hədiyyə toplanarkən gözlərini, yanında duran yeddi-səkkiz yaşlarındakı bir uşağa zilləyib baxırdı. Bu baxışlardan xəbərsiz uşaq, büyüklərində olan infaq səfərbərliyi həyəcanını hiss etmiş olduğundan, kiçik ürəyinin böyük ədası ilə əlindəki az miqdardakı xırda pulu yardım toplanan sandığa uzatdı. Bunu görən Musa Əfəndi (qs), o uşağı yanına çağırdı, başını oxşadı, gözəl iltifatlar etdikdən sonra latifeli bir şəkildə:
“-Aferin Övladım, bayaqdan bəri sənə fikir verirdim. Əgər bir şey verməsəydin, babanı üzmüş olacaqdın! “Dedi.
Bunlar, uşaqların, böyüklərinin rəftar, davranış və əxlaqlarını necə hamar bir güzgü kimi əks etdirdiklərini nə gözəl izah edir.
Digər tərəfdən hədisi şəriflərdə qız uşaqları daha çox xidmət və diqqətə möhtac olduqları üçün onlara, oğlan uşaqlarından fərqli olaraq daha çox üstünlük verilməlidir.
Hədisi-şərifdə buyurulur:
“Hər kim üç qız uşağını himayə edib böyüdər, gözəlcə tərbiyə edər, evləndirir və onlara lütf və yaxşılıqlarını davam etdirərsə, o kimsə Cənnətlikdir” (Əbu Davud, Ədəb 121; İbn-i Hənbəl, III, 97)
“Hər kim iki qız uşağını yetkinlik çağına gələnə qədər böyüdüb tərbiyə edərsə, qiyamət günü o kimsəylə mən belə yan-yana olacağıq” buyurdu və barmaqlarını bitiştirdi. (Müslim, Birr 149. Ayrıca baxın. Tirmizi, Birr 13)
Bu hədisi-şərif, uşaqlara və əsasən də qız uşaqlarına necə rəftar ediləcəyini bildirən mübarək bir bəyandır.
Uşaq təhsilində xüsusilə diqqət edilməsi lazım olan xüsus isə, kötək məsələsidir. Bu, əsla qəbul edilə bilməyəcək səhv bir davranışdır. Səhv davranışlara yol verməsin deyə uşağa bəzi üsullar tətbiq edilə bilər, ancaq bunların arasında dayaq əsla olmamalıdır. Çünki kötək, uşaqları qorxaq və ürkək, yaxud da arsız və üzsüz bir hala gətirər.

Xülasə salehə ana, ilahi qüdrətlə genişləndirilmiş bir rəhmət qucağıdır. Bundan ötəridir ki, Peyğəmbər Əfəndimiz (səv)” Cənnət anaların ayaqları altındadır.” buyurmuşdur. Ailə ocağındaki fərdlərin azğınlığını, xüsusilə uşaqların bezdirici dəcəlliklərini əridəcək fəzilət cövhəri, ana ürəyidir. Səadət çiçəklərinin toxumları anaların könüllərinə əkilmişdir.
Bu səbəblə Həzrəti-i Peyğəmbər -səllallahu əleyhi və səlləm- ana məhəbbətini israrla təlqin etmişdir. Ona ən çox kimə hörmət və xidmət edilməsi lazım olduğu soruşulduğunda, üç dəfə “Anan! .”, Sonra da “Atan!” Buyurmuşdur. (Buxari, Ədəb 2; Müslim, Birr 1, 2; Ayrıca baxın. İbn-i Macə, Vesâyâ 4; Əbu Davud, Ədəb 120; Tirmizi, Birr, 1)

Mənbə:islamveihsan.com

Read Previous

Doğru yol

Read Next

Harama yaxınlaşma, halaldan da uzaqlaşma!!!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.