• 28 Mart 2024

Arakanda Müsəlmanlar yandırılaraq öldürüldü

budist-zulmu13 Noyabrda yenidən alovlanan şiddət hadisələrində Myanmar ordusu Rohingyalı Müsəlmanlara qarşı böyük bir qırğın başlatdı. Son hücumlarda ən az 9 adam yandırılaraq öldürüldü. 90 nəfərin isə qaçırıldığı bildirilir.
Myanmar ordusu isə 28 nəfərin öldürüldüyünü açıqladı. Ordu, Dar Gyi Zar adlı müsəlmanlara aid bir kənddə kəndlilərin onlara hücum etdiyini söyləyərək 22 adamın öldürüldüyünü açıqladı.
“İnsan Haqqları İzləmə Təşkilatı” isə verdiyi açıqlamasında Müsəlmanlara aid olan 3 kəndin yandırıldığını göstərən peyk görüntülərini əldə etdiklərini bildirdi. Arakan bölgəsinə giriş-çıxışlar qadağan edilərkən, bölgədən ölüm xəbərlərinin gəldiyi ifadə edilir.
Reutersdə bildirilən xəbərə görə, İnsan Haqqları İzləmə Təşkilatının Asiya direktoru Brad Adams verdiyi bir açıqlamasında “Yeni peyk görüntülərindəki geniş dağıntılar, vəziyyətin düşündüyümüzdən daha ciddi olduğunu göstərir” dedi.
New York mərkəzli İnsan Haqqları İzləmə Təşkilatı həftə sonunda, 10-17 və 18 noyabr tarixlərindəki görüntülərdə, Şimali Arakan bölgəsindəki beş kənddə 820 yıxılmış binanın olduğunu, ölü sayının da 1250ye çatdığını açıqladı.
800000 Müsəlmanın yaşadığı Myanmarda uzun illərdən bəri Buddistlər ilə Müsəlmanlar arasında gərginlik yaşanır. Buddistlər, müsəlmanların yerli xalq olmadığını, onların Bangladeşdən və ətraf ölkələrdən gələn qaçqınlar olduqlarını ifadə edərək, ölkəni tərk etmələrini istəyir. 1946-cı ildə Myanmar ordusu bölgəyə girərək böyük bir qırğın həyata keçirərkən, bu vəziyyət 1970-ci ilə qədər davam etdi. 1970-ci illərdə təşkilatlanma qərarı verərək müsəlmanlar, özlərini müdafiə etməyə başladı. 1986-cı ildə Arakan Rohingya İslami Cəbhəsi quruldu və uzun illər boyunca müsəlman haqqlarını müdafiə etdi. Myanmar hökuməti, 1998-ci ildə Rohingya Milli Şurası adı altında birləşən təşkilatı Əl-Qaidə ilə əlaqəli göstərməyə çalışdı. Bölgəyə geniş miqyaslı hücumlar həyata keçirən Mynmar ordusu, xüsusilə 2011-ci ildən bu yana bölgədəki hücumlarını gücləndirməyə başladı. Hücumların artmasından sonra Arakandaki Müsəlman liderlər 2012-ci ildə “Rahmanland İslami Respublikası” adlı bir dövlət qurduqlarını elan etmişlər.
arakanÖlkədə yaşayan müsəlmanlar ordunun reallaşdırdığı qırğınlardan xilas olmaq üçün Bangladeşə sığınırlar. 2012-ci ildən bu yana minlərlə müsəlmanın öldürüldüyü, kəndlərin yağmalandığı, Rakhine bölgəsindən sıx bir köçün yaşandığı ifadə edilir.
Rohingyalı Müsəlman qadınların Banqladeşdə olan Kutupalang Qaçqın düşərgəsinə sığınmağa çalışdıqları bildirilir. Son hücumların ardından yüzlərlə adamın Myanmardan Bangladeşə keçmək üçün sərhəd bölgəsinə axın etdiyi açıqlandı. BMT Qaçqın bürosu səlahiyyətliləri, son hücumların ardından 30000 nəfərin yurd-yuvasından qaçqın düşdüyünü və sərhəddin yaxınlığındakı bölgələrdən gələn 500-dən çox nəfərin düşərgələrə keçməyə çalışdıqlarını ifadə etdi.
Bu gün gəlinən nöqtədə Arakan əyalətində problemin davam etməsində həlledici olan bəzi diqqət çəkici faktorlar var. Bunların başında, seçkilər sonrasında əyalət rəhbərliyinin bölgədə yaşayan Buddist mənşəli Arakanlılar hakimiyyətində olması gəlir.
Mərkəzi hökumətin problemi həll etmək üçün yaxınlaşmaması və elə ki, Su Çi’nin liderliyində, ölkənin dörd bir yanında on illərlə müstəqillik və ya muxtariyyət tələbiylə döyüşən etnik qruplarla-1948-ci ildəki müstəqillikdən əvvəlki etnik qrupların ‘federal’ bir quruluş altında birliyini təmin etmək üçün təşkil olunmuş konfransa nəzərən XI əsr Panglong Barış yığıncaqlarına başlarkən, Arakanlı Müsəlmanları bu meydana gəlməyə dəvət edilməməsi, digər tərəfdən Arakanlı Müsəlmanları təmsil mahiyyətində nə ölkə içərisində, nə də ölkə xaricində siyasi bir quruluşun olmaması da mövcud vəziyyətin başlıca səbəbləri arasındadır.
Bu əsas başlıqlar çərçivəsində ilk maddəyə baxıldığında, bölgədəki müsəlmanların canları və mallarının güvən altında olmadığı düşünülə bilər. Torpaqları əlindən alınan, şəhər və kənd yerləşmələrindən çıxardılan Müsəlmanlar haqqlarını axtara biləcəkləri bir quruluşdan məhrumdurlar. Su Çi’nin sülh danışıqları kimi ölkənin güvən və sabitliyinə böyük təsir edəcəyinə şübhə olmayan yığıncağa Arakanlıların dəvət edilməməsinin arxasında ‘dərin Burma’ milliyyətçiliyinin təzyiqi vardır.
Myanmarda qurulan yeni hökumət ölkəyə sülhü gətirəcəyinə dair söz vermiş və müsəlmanların haqqlarını qoruyacağını açıqlamışdı. Ancaq, son hücumların ardından hökumətin orduya dəstək verdiyi ifadə edildi. Daha əvvəl bölgədə araşdırma aparılması üçün İnsan Haqqları İzləmə Təşkilatını ölkəyə dəvət edən hökumət, son hücumlardan sonra bölgəyə giriş çıxışları da qadağan etdi.

Mənbə:dinihaberler.com

Read Previous

Müsəlman ata-ananın vəzifəsi

Read Next

Allahdan nə istərdiniz?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.