• 19 Mart 2024

“Araq içənlər Qarabağı necə qaytaracaqlar?”

fazilar-nam   Millət vəkili Fazil Mustafa Ramazan ayında insanların araq içməsi və ibadətlə məşğul olmamasına sərt reaksiya verib. “Qafqazinfo” xəbər verir ki, millət vəkili facebook hesabında bu günlərdə yaşadığı bir hadisənin fonunda bu fakta münasibət bildirib:
“Bir yas məclisində ticarətlə məşğul olan dostlarımdan biri ilə söhbətim oldu. Çox marağımı çəkdi. Dedi ki, MDB məkanında ən çox araq içilən ölkə Azərbaycandır. “Pşeniçni” adlanan araq Rusiyadan sonra ən çox Azərbaycanda içilir. Ən çox şirniyyatın satıldığı ölkə də Azərbaycandır. Ötən gün Ramazan ayının başladığı gün bir əyalət qəsəbəsində hamının rahatlıqla oturub araq içdiyini gördüm. Namaz qılmaq üçün yer soruşanda bildirdilər ki, burada məscid yoxdur, uzun axtarışdan sonra bir evdə namaz qılmağa götürdülər. İndi düşünürəm: Hamıdan çox araq içən, hamıdan çox şirniyyat yeyən və bu qədər itkilərin müqabilində Allaha da duasını əsirgəyən, pivəxanalarının sayının bircə faizi qədər ibadət yeri olmayan bir məmləkətin insanları lazım gəlsə Qarabağı necə qaytaracaqlar?”

Read Previous

Bu ölkədə Quran oxuya bilməyəni millət vəkili seçmirlər

Read Next

Rusiyalı işadamı: “Oğlumu əsl müsəlman kimi böyüdəcəyəm”

One Comment

  • Fazil Mustafa coz duzgun danisan yagene dovlet vekilidir.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.