• 24 Aprel 2024

Aşura orucu haramdır?

vuqarsamedovAşura orucunun haram olması ilə əlaqəli söz-söhbətə ilahiyyatçı-alim Vüqar Səmədov münasibət bildirdi.

Hədisşünas  Vüqar Səmədov bu  gündə oruc tutmağın haram olması ilə bağlı söz-söhbətlə bağlı fikirlərini sunna.az-a dəyərləndirdi və   bu orucun məzh Peyğəmbər (səllallahu əleyhi və səlləm) tərəfindən yerinə yetirilən bir ibadət olduğunu söylədi.  İlahiyyatçı xususilə qeyd etdi ki, “aşura orucu” nəinki Peyğəmbər dövründə, hətta Peyğəmbərdən öncəki cahiliyyə dönəmində ərəblər tərəfindən yerinə yetirilən bir ibadət olmuşdur. Bu baxımdan onun sonrakı dövrlərdə İslam tarixində baş vermiş hər hansısa bir hadisə  ilə əlaqələndirilməsi yanlışdır.

Dr. Vüqar Səmədov həmçinn vurğuladı ki, aşura orucu sadəcə Məhərrəm ayının onuncu günü yox, 9, 10 və 11 ci günləri  tutulur. Bunun da səbəbi İbn Abbasdan nəql olunan Peyğəmbər hədisidir ki, hədisi-şərifdə  belə buyurulur:

 “Peyğəmbər (s.a.s.) Mədinəyə gəldi və gördü ki, yəhudilər aşura günü oruc tuturlar və soruşdu ki:

-Bu nədir?

Dedilər bu müqəddəs bir gündür, bu gündə Allahu təala israil oğullarını düşmənlərindən qurtardı və buna görə də Musa bu gündə oruc tutdu.

Hz. Peyğəmbər (s.ə.s): “Biz Musaya  sizdən daha yaxınıq” dedi, oruc tutdu və həmin günü oruc tutmağı əmr etdi” (Buxari,  Səvm, 69;  Müslim, Siyam, 127, 128)

İlahiyyatçının sözlərinə görə, ramazan orucu fərz buyurulduqdan sonra artıq məhərrəm ayında tutulan bu oruc müstəhəb olmuşdur.   Bununla əlaqəli Peyğəmbər hədisi isə belədir: “Bu gün aşuradır. Bu günün orucunu Allah sizə fərz etməmişdir. Ancaq mən oruc tutmuşam. İstəyən bu gün oruc tutsun, istəyən tutmasın” (Buxari, Səvm 69, Müslim, Siyam 126)

Qeyd edək ki, aşura orucu sonrakı müsəlmanlar tərəfindən də bu günə qədər nafilə bir ibadət kimi yerinə yetirilməyə davam etmişdir.

 

Mənbə: sunna.az

Read Previous

Ən acı xəstəlik

Read Next

İrfan 2016

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.