• 19 Mart 2024

Aşura orucu nədir və nə vaxtdır?

asure-gunu-oruc-tutmakAşura Orucu tutmaq sünnədir. Peyğəmbər (səllallahu əleyhi və səlləm) əfəndimiz, yəhudilərə bənzəməmək üçün Məhərrəm ayının 9 və 10-cu günü və ya 10 və 11-ci günlərindən birində oruc tutmamızı tövsiyə etmişdir.
Ramazan ayının xaricində tutulan ən savablı oruc, Allahın ayı olan Məhərrəm ayında tutulan aşura orucudur.
Rəsulullah (səllallahu əleyhi və səlləm) əfəndimiz belə buyurmuşdur:
“Ramazan orucu xaricində ən fəzilətli oruc, Allahın ayı Məhərrəm ayında tutulan orucdur. Fərzlər xaricində ən fəzilətli namaz da gecə (təhəccüd) namazıdır.” (Müslim, Siyam, 202, 203; Nəsai, Qıyamul-leyl, 6)
– Rəsulullah (səllallahu əleyhi və səlləm) aşura günü oruc tutub, o gün oruc tutulmasını səhabələrinə də əmr edincə, səhabələr:
“Ey Allahın Rəsulu! Bu, yəhudi və xristianların hörmət göstərdiyi bir gündür.” Dedilər. Əfəndimiz (səv) belə buyurdu:
“-Gələn il, inşaallah doqquzuncu günü oruc tutaram.” (Müslim, Siyam, 133; Əbu Davud, no. 2445; Təbərani, no. 10785; Beyhaki, IV, 287)
– Bir başqa rəvayətdə də Peyğəmbər (səllallahu əleyhi və səlləm) əfəndimiz belə buyurmuşdur:
“Aşura orucunu tutun, ancaq bir gün əvvəl və ya bir gün sonra tutmaq surətiylə yəhudilərə müxalifət edin!” (Əhməd, I, 241; Bəzzar, no. 1052; Heysəmi, III, 188)
Bu səbəblə Hənəfi məzhəbinə görə Məhərrəmin yalnız onuncu günü oruc tutulması, yəhudiləri təqlid etmə mənasına gələ biləcəyi üçün məkruhdur.
Əfəndimiz (səllallahu əleyhi və səlləm), ibadətlərində belə qeyri-müsəlmanlara müxalifət halında olmuşdur. Bunun üçün bizlər də, ibadətlərimizdə onlara bənzəmədiyimiz kimi digər hal və hərəkətlərimizdə də onlara bənzəməmək üçün səy göstərməliyik.
Hədisi-şərifdə: “Kim bir qövmə bənzəməyə çalışarsa, o, onlardandır.” Buyurulmuşdur. (Əbu Davud, Libas, 4/4031)

Qeyd: Nəzərinizə çatdırırıq ki, bu il aşura günü, yəni məhərrəm ayının 10-u, miladi təqvimlə 12 oktyabr tarixinə təsadüf etmişdir. Buna görə də bu il, aşura orucu miladi təqvimlə ya oktyabr ayının 11 ilə 12-si, ya da, oktyabr ayının 12 ilə 13-də tutulmalıdır.

Mənbə:islamveihsan.com

Read Previous

Boşa tükətilən ömür

Read Next

“Google” müsəlman ölkəsini xəritədən sildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.