• 18 Noyabr 2019

ATA OLANLAR BU XƏBƏRİ MÜTLƏQ OXUMALIDIR

12Hər gün işdən evə yorğun gəlib uşağı ilə oynamağa, ona diqqət ayırmağa tənbəllik edən gənc ataların sayı yəqin ki, kifayət qədərdir. Bu halda onlar bir küncə çəkilib dinlənməyi və ya yatıb beyinlərini sakitləşdirməyi seçirlər. Uşaq oynamaq istədikdə isə anası onlara “atanız çox yorğundur, narahat etməyin” deyir. Bu hal günlərlə, aylarla, illərlə davam edir. Amma sən demə, vəziyyətdən daha uğurlu çıxış yolu var imiş. Yəni həm ata rahatlıq tapır, həm də uşağın istəyi reallaşır. Bu mövzuda türkiyəli psixoloq Farika Teymurun yazısını sizə təqdim edirik…

Uşağın anaya ehtiyacı olduğu qədər, ataya da ehtiyacı vardır. Ana ilə ünsiyyətdə olan uşağın təhsili daha az problemli olur. Fəqət atanın övladının qeydinə qalması, diqqət göstərməsi uşaqların güvən duyğusunu artırdığı kimi, atanın da psixologiyasını əməlli-başlı dəyişir.

Psixoloqların qənaətinə görə, ana və atanın uşaqla davranışı, uşağın psixologiyasında və davranışlarında genetik və sosial faktorlar qədər effektlidir. Çünki valideynlər fərqli özəllikləri ilə uşaqda fərqli yönləri inkişaf etdirirlər.

Atalıq hissi yüksək olan kişilərin çoxu iş həyatı səbəbi ilə çox yorğun və gərgin olsalar da, həyatlarında müəyyən düzənləmələr edərək, uşaqlarına vaxt ayırmağa nail olurlar. Beləcə, zamanın sürətli axışı əsnasında həyatın bu ən məsum gözəlliklərini qaçırmamış olurlar, həm də uşaqların sağlam inkişafındakı önəmli rollarının öhdəsindən gəlmiş olurlar.

Konkret misallara keçək. O misallara ki, əslində atanın vaxtını çox almır, amma uşağın sözün hər mənasında sağlam inkişafına səbəb olur.

 1. Uşağa qulluğu paylaşın

Uşaqlar atanın varlığını hələ ana bətnində ikən hiss edirlər. Dünyaya gəldikdən sonrakı ilk günlərdə ata uşağına nə qədər yaxın olarsa, aradakı ünsiyyət də o qədər isti olar. Yeni doğulduğu zaman onu ilk qucağa alanlar arasında atanın olması bu bağı daha da qüvvətləndirər. Uşaq gecə vaxtı müxtəlif səbəblərdən oyandığı zaman, ata bəzi gecələr ana ilə bərabər qalxıb uşağı ilə baş-başa sevincli, xoş anlar keçirə bilər. Uşağın çimizdirilməsi, yedizdirilməsi, geyindirilməsi əsnasında sevgi göstərilməsi, gərginliyi azaltmaq üçün masaj edilməsi zamanı ata ilə uşaq arasında çox gözəl bir dialoq başlayar. Bu, uşağa olduğu qədər ataya da böyük bir psixoloji rahatlıq gətirər.

2. Uşağınızla oyun oynayın

Uşaqla oyun oynamaq gözəl bir dialoq üçün çox önəmlidir. Oyun uşaqla dost olmağı, onun iç dünyasına bələd olmağı, şəxsiyyətini öyrənməyi asanlaşdırır. Bundan başqa, oyun oynayarkən valideynlər özləri də gündəlik streslərdən qurtulur, uşağın oyundakı davranışlarından özlərinin necə valideyn olmaları haqqında fərqli təsəvvürləri formalaşır. Kiçik yaşlarda başlayan oyun dostluğu uşaq böyüdükcə idman, masa oyunları ilə davam edə bilir.

3. Bir yaşından sonra ona kitab oxuyun

1 yaşından etibarən uşağın yaşına uyğun kitab oxuma saatları uşağın hər yöndən inkişafı yönündən çox önəmlidir. Bu kitabların uşaqlarla birlikdə seçilməsinin çox faydalı nəticələri vardır.

4. Uşaqlara nağıl və hekayə danışın

Hekayə danışma, canlı nümunə olma, təhsildə ən təsirli üsullardan biridir. Bu da ata və uşaq arasındakı bağı qüvvətləndirir. Həmçinin, kiçik yaşdan etibarən uşağa bir mövzunu hekayə içində anlatmaq daha təsirli olur. Məsələn, uşaq hekayələri içərisində çox məşhur olan yalançı çoban hekayəsi və ya bir körpüdən keçməyə çalışan iki inadkar keçi ilə bağlı hekayələr, yalançılığın və ya inadçılığın pis olduğunu adi sözlə söyləməkdən daha effektli təsir göstərməkdədir.

mənbə:

xezerxeber.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 91 dəfə.

calal calalov

Read Previous

KİŞİLƏR AĞLAMAZ

Read Next

AİLƏDAXİLİ MÜBAHİSƏLƏR UŞAQLARIN BEYNİNİ ZƏDƏLƏYİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.