• 28 Mart 2024

ATA SEVGİSİ UŞAĞIN İNSAN KİMİ FORMALAŞMASINDA ÇOX BÖYÜK ROL OYNAYIR

baba-kizKonnektikut Universitetinin araşdırmaçıları bu nəticəyə gəliblər ki, uşaqların ata sevgisinə olan ehtiyacları daha böyükdür, nəinki ana sevgisinə. Onların qənaətincə, ata sevgisi uşağın insan kimi formalaşmasında qat-qat böyük rol oynayır.

Universitetin psixoloqları müxtəlif etnik mənsubiyyətə malik və fərqli cinslərdən olan 10.000 nəfərin üzərində araşdırma aparıblar. Onlar hər bir insanın fərdi keyfiyyətlərini ailə tarixçəsilə tutuşdurublar.

Maraqlıdır ki, həm valideyin sevgisinin və diqqətinin çatışmazlığına, həm də fiziki ağrılara beynin eyni hissəsi reaksiya verir. Ona görə də uşaqlar çox vaxt valideynsizliyi və valideyn sevgisinin yoxluğunu fiziki ağrı kimi hiss edirlər. Xüsusilə də ata diqqətinin və sevgisinin yoxluğu balacalara daha ağır təsir edir və bunun nəticələri ömrü boyu onun həyatında özünü göstərir. Belə uşaqlar böyüyəndə çox vast özünə güvənməyən, adama yovuşmayan, aqressiv olurlar. Bu cəhətləri cəmiyyətlə uyğunlaşmalarına əngəl törədir.

Məhz atasızlığın uşaqlara daha ağır təsir göstərməsini araşdırmaçılar belə izah ediblər: Kişinin evdəki rolu daha önəmlidir, o, ailənin nüfuz və güc mərkəzidir. Məhz buna görə onun sevgisini hiss etmək uşaqda əminlik və təhlükəzlik hissi formalaşdırır.

MƏNBƏ:

XƏZƏRXƏBƏR

Read Previous

SÜNNƏT OLMANIN TİBBİ FAYDALARI

Read Next

MÖMİN VƏ BAL ARISI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.