• 19 Mart 2024

Avropa təmizliyi bizdən öyrəndi

dush“İspaniyada ömrü boyunca iki dəfə yuyulmuş bir insan görə bilməzsiniz. Türklər isə tez-tez yuyunarlar. Türk hamamlarında bol su sərf olunur. Dünyada İstanbul qədər çox bulaq olan başqa bir şəhər yoxdur. ”

Bəli, səhv oxumadınız; bu sözlər İspan Pedroya aiddir. Avropa, təmizliyi əcdadımızdan, Osmanlıdan öyrənmişdir. O dövr Avropasında həkimlər duş tövsiyə etmədikcə yuyunmanın sağlamlıq baxımından son dərəcə zərərli olduğuna inanılırdı.

Dr. John “Qulaqlara su qaçırmamaq şərtiylə yalnız başınızı yuya bilərsiniz.” deyirdi.

Jean də Reno adlı başqa bir həkim “Yalnız əl və ayaqlarınızı yumanızda bir zərər yoxdur. Başa su vurmaq son dərəcə təhlükəlidir. Unutmaq lazımdır ki, başa sürülən su hər cür dərdin qaynağıdır” deyirdi.

Yazar Theophrashe Renaudot bu mövzuda daha təmkinli idi. “Həkim tövsiyə etmədikcə duş qəbul etmək yalnız lazımsız deyil həmçinin təhlükəlidir də… Ən böyük təhlükəsi gələcək anaların qarınlarındakı həyat meyvələrini yox etməsidir.”

Əziz Francis isə “yuyunmamış bədən dindarlığın işarəsidir.” Deyərək yuyunan xristianları az qala kafir elan edirdi.

İspaniya kraliçası İzabel isə bütün həyatında yalnız iki dəfə yuyunmuş olmasıyla qürur duyurdu.

1500-cü illərdə Avropa…

1500-cü illərdə Avropada ildə bir dəfə duş qəbul edilirdi. Səhv eşitmədiniz yalnız bir dəfə… O da May ayında. İyunda da evlənirlərdi. Pis iy verməmək üçün duş qəbul etdikdən sonrakı ay evlənirdilər. Üstəlik duş su dolu bir vedrənin içində sırayla qəbul edilirdi. Yalnız diqqətinizi çəkmək istədiyim bir nöqtə var ki suyu hər dəfə dəyişmirdilər, bütün ailə eyni suyla yuyunurdu. Əvvəl ata, sonra oğlan, sonra ana, qız uşağı və ən son varsa körpə duş edərdi. Su çox çirkli olduğu üçün çox vaxt körpələr duş suyunda ölürdülər. Hətta bundan ötəri ortaya çıxan “duş suyuna qarışıb atılan körpə” mənasında bir deyimləri də vardır.

Gəlinlərin evlənərkən bir dəstə çiçək almalarının səbəbi də bəyin yanında pis iy verməmək üçündür. Sanki bəy çox təmizmiş kimi.

Osmanlılardan 100 il sonra belə sıradan evlər bir tərəfə, Avropa saraylarında belə tualet yox idi. Ehtiyac ləyən vasitəsiylə yerinə yetirilirdi. Bugünkü qarşok bu səbəbdən icad edilmişdir. Sonra bu ləyən xidmətçilər tərəfindən sarayın pəncərəsindən aşağı boşaldılırdı.Bəzən pislik insanların başına Tökülə bilirdi. Hətta bəzi qaynaqlarda, çətirin bu səbəbdən ötəri icad edildiyi önə sürülür…

Sonradan pis qoxuları basdırmaq üçün ətiri icad etdilər

Saray otaqları məlum səbəbdən son dərəcə pis iy verirdi. Buna görə otaq ətirini icad etdilər.

Küçələr pisliklərlə dolduğundan insanlar ayaqlarına pislik bulaşmasın deyə dikdaban ayaqqabını icad etdilər. Buna əlavə olaraq pis qoxularını basdırmaq üçün ətiri icad etdilər. Ətir şüşələrinin üzərində “Eau De Toilette” şəklində bir yazı var. “Tualetdən sonra istifadə” deməkdir. Həqiqətən də ətir yuyunmağı sevməyən qərb insanının üstünə sinən pis qoxuları qismən aradan qaldırmaq üçün icad edilmişdir. Məlum hər icad bir ehtiyacdan yaranır.

Yəni əslində ətir; pis insanların pis qoxularını basdırmaq üçün istifadə etdikləri pis bir maddədir.

Osmanlının isə belə süni qoxulara ehtiyacı yox idi. Çünki biz təmizlik və tualet mədəniyyətinə sahib insanlarıq. Insanımız tez-tez yuyunur, ağız qoxusu üçün misvak istifadə edirdi. “Təmizlik imandandır” anlayışının bir məhsulu olaraq Osmanlılar bəzi sənət və estetik baxımdan da şah əsər olan hamamlarla şəhərlərini bəzəyərkən Avropa insanı yuyunmağı günah sayırdı. Çünki yuyunduğu təqdirdə Baptizmi çıxdığına və cəhənnəmə gedəcəyinə inanırdı.

Bu gün insanımız Avropaya bənzəməyə çalışarkən əslində Avropa, mədəniyyəti bizdən öyrəndi.

Onlar bunu inkar etsə də, biz “görəsən gerçək mi?” desək də, bu belədir…

Mənbə:

Read Previous

Namazda telefon çalarsa nə etməliyik? (video)

Read Next

Həcc ziyarətinin qiymətləri qalxdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.