• 29 Mart 2024

Axirəti unudanlar axirətdə unudulurlar

axiretUca rəbbimiz yer üzündə bizlər üçün saysız-hesabsız nemətləri vermişdir. Bu nemətləri bizə verərkən də, bizi öz başına buraxmamış, göylərin və dağların yüklənməkdən çəkindikləri çox önəmli bir əmanəti daşımaqla məsul tutmuşdur. Ayəti kərimədə buyrulur. Məgər insan elə guman edir ki, o, başlı-başına buraxılcaq? (əl-Qiyamə,36) digər bir ayədə belə buyrulur.Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Onlar ona yüklənməkdən qorxub çəkindilər. Ona insan yükləndi. Həqiqətən o çox zalım, çox cahildir. Uca yaradanımızın bizə bildirdiyi bu önəmli məsuliyyət,onu tanıma, bilmə və ona qulluq etmə məsuliyyətidir. Onu tanıya bilməyimiz və qulluğumuzu doğru bir şəkildə yerinə yetirməyimiz üçün, bizlərə Peyğəmbər və kitab göndərmişdir. Bizə göndərilən Peyğımbərə (səv) və onun bizə bidirdiyi ilahi qanunlara əməl edib, qısa həyatımızı onların rəhbərliyində dəyərləndirdiyimiz təqdirdə, həm bu dünyada, həm də axirətdə xöşbəxt olarıq. Əks təqdirdə, geri dönülməsi mümkün olmayan peşmançılıq yaşayarıq. Dünyada ikən axirət həyatına və dini məsələlərə ciddi yanaşmayıb, bunları bir oyun və əyləncədən ibarət görən, dünyanın şirin, aldadıcı arzularına qapılıb əsas məsul olduqları məsələlərə qulaq tıxayıb axirəti və Allaha hesab verməyi unudanlar, ilahi rəhmətin ortaya çıxacağı gün unudulacaqlar.

Müqəddəs kitabımızın bildirdiyinə görə nəfsani arzularının arxasına düşmənin bir nəticəsi olaraq insani duyğuları məhv olan, haqq və həqiqəti görməyən və anlamayan bu insanların, həyatı sadəcə bu dünya ilə məhdud zənn edib yenidən dirilməyi və hesab verməyi unudanların cəzası cəhənnəmdə unudulmaq olacaqdır. Cəsiyə surəsinin 34-cü ayəsində Rəbbimiz belə buyurur! (Onlara belə) deyiləcəkdir: Siz bu gününüzə qovuşacağınızı (dünyada) unutduğunuz kimi, Biz də bu gün sizi unudacağıq (əbədi əzab içində buraxacağıq). Sizin məskəniniz Cəhənnəmdir. Sizə (Allahın əzabından qurtarmağa) kömək edənlər də olmayacaqdır!

İbadət edərək və əmirlərini yerinə yetirərək Rəbbimizi xatırladığımız təqdirdə, Onunda, bizi anıb xatırlayacağını Rəbbimiz bizlərə xəbər verir. Uca Rəbbimiz Qul haqqı və şirk xaricində işlədiyimiz başqa günahları dilədiyi şəxslər üçün bağışlaya biləcəyini bildirir. Bununla yanaşı gözlərini həqiqətə bağlayan, haqqın səsini dinləməyən, ayələrini yalan sayıb elçilərini və gətirdikləri ilahi əmrlərə lağ edənlər, axirəti inkar edənlər axirətdə zərərə uğrayacaqlar. Ayəti kərimədə buyrulur. Hər kəs Mənim öyüd-nəsihətimdən (Qurandan) üz döndərsə, güzəranı daralar (yaxud qəbir evində şiddətli əzaba düçar olar) və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik! O belə deyər: “ey Rəbbim! Nə üçün məni məhşərə kor olaraq gətirdin, halbuki mən (dünyada hər şeyi) görürdüm. (Allah) buyurar: Elədir, amma sənə ayələrimiz (möcüzələrimiz, qüdrətimizə dəlalət edən əlamətlər) gəldi, sən isə (özünü görməməzliyə vurub) onları unutdun (iman gətirmədin). Bu gün eləcədə sən unudulacaqsan. Biz (Allaha şərik qoşmaqla, küfr etməklə) həddi aşanları və Rəbbinin ayələrinə iman gətirməyənləri də belə cəzalandırırıq. Axirət əzabı isə, şübhəsiz ki, daha şiddətli, daha sürəklidir. (Taha, 124-127)

Peyğəmbər əfəndimiz (səv) bir hədisi şəriflərində belə buyurmuşdur “Ağıllı kəs nəfsinin ehtiras və həvəsinə uymayan və ölümdən sonrası üçün hazırlıq görəndir.” (Tirmizi, Qiyamət,25/2459)

Buna görə yaşadığımız həyatın bir imtahandan ibarət olduğunu və bu imtahanda müvəffəq olmağın yolunun da Uca Mövlamızın ilahi dəvətinə ciddi yanaşıb, məsul bir həyat sürməkdən keçdiyini unutmamalıyıq.

Read Previous

Nə üçün yaşayırsınız???

Read Next

İran-Səudiyyə gərginliyi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.