• 29 Mart 2024

AXİRƏTİN VAR OLDUĞUNU İSBAT EDƏN DƏLİL

imagesİnsanın sonsuzluq arzusu, əbədi yaşamaq istəyi axirətin varlığını isbat edən güclü bir psixoloji dəlildir. İnsan ruhunun əbədi bir həyatı arzu etməsi və ona can atması belə bir həyatın mövcud olmasına böyük dəlildir. Bu psixoloji arzu aqibətin axirət həqiqəti ilə əlaqəsini qüvvətləndirir. Bəşər tarixi bu fitri duyğunun təzahürlərini göstərən nümunələrlə doludur.

Əslində, insanın ölümü ilk baxışda “yox olub getmək” kimi görərək ondan hürkməsi belə əbədiyyətə arzusundan irəli gəlir. Fitrətdən yüksələn bu səs insanın əbədi yaşamaq üçün yaradıldığını göstərir. İnsan “yoxluğu” qəbul etməyən fitri duyğusu ilə gəldi-gedər və fani bir həyat üçün deyil, əbədi və sonsuz bir həyat üçün yaradıldığını hiss edir. Bu hiss və şüur da fani həyatdan sonra əbədi bir həyatın var olduğuna aşkar dəlildir.

Hətta ən pis surətdə var olmaq belə yoxluqdan daha yaxşıdır. Filosof Migel de Unamuno insanların yoxluğun kor bəxtindən qurtulub varlığını davam etdirmək uğrunda hər cür əziyyətlərə dözməyə hazır olduğunu bu sözləri ilə dilə gətirir: “Yox olmaqdansa, Cəhənnəmdə əbədi yanmağa razıyam. Çünki heç bir şey mənə yoxluq qədər qorxunc gəlmir”.

Başqa bir aləmdə də olsa, əbədi yaşamaq arzusu insanın ruhuna xas güclü bir hisdir və bu duyğunu kiçik görmək olmaz. Şübhəsiz ki, ruhumuzun dərinliklərindən baş qaldıran bu əbədilik hissi bəşəriyyətin varlığında mövcud olan əsl və fitri bir duyğunun əks-sədasıdır.

Xülasə, insanın maddi ehtiyaclarını belə tam təmin edə bilməyən fani dünya onun əbədi yaşamaq arzusunu heç vaxt gerçəkləşdirə bilməz. Demək, insan əbədilik arzusuna bu dünyada deyil, başqa bir aləmdə çatacaqdır.

MƏNBƏ:

MENEVİYYAT.AZ

Read Previous

1001 DƏRDİN DƏRMANI SARIMSAQ

Read Next

AXİRƏT HƏYATININ VACİB OLMA SƏBƏBLƏRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.