• 19 Aprel 2024

Ayət və hədislərlə ata-ana haqqı

Uca Rəbbimiz Qurani kərimdə belə buyurur:

1

 

 

 

Biz insana ata-anasına yaxşılıq etməyi (onlarla gözəl davranmağı) tövsiyə etdik. (Ənkəbut 8)

2

 

 

 

 

 

 

Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), əlinizin altında olana (sahib olduğunuz qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz! (Nisa 36)

3

 

 

 

 

 

Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: ) “Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir! (Loğman 14)

4

 

 

 

 

 

 

 

 

Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: “Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” – de. (İsra 23-24)

Abdullah ibn Məsud radıyallahu anh deyir ki:
– Rəsuli-Əkrəm sallallahu əleyhi və səlləm əfəndimizə:
“Allahın yanında ən sevimli əməl hansıdır?” Deyə soruşdum. Buyurdu ki:
– “Vaxtında əda olunan namaz.”
– “Namazdan sonra hansı daha sevimlidir?
– “Anaya, ataya yaxşılıq etməkdir” buyurdu.
– “Sonra hansıdır?” Dedim.
– “Allah yolunda cihaddır”, buyurdu.
Allahu təala:
Musa əleyhissalam bir dəfə belə dedi:
– “Ya Rəbbi, mənə öyüd-nəsihət ver.”
Allah Təala  da belə buyurdu:
– “Rəbbinin hüququna riayət et.”
Musa əleyhissalam təkrar etdi:
Allah Təala buyurdu:
– “Ananın haqqını qoru.”
Musa əleyhissalam təkrar soruşdu:
Allahu təala təkrar buyurdu:
– “Ananın haqqını qoru.”
Rəsuli-Əkrəm sallallahu əleyhi və səlləm əfəndimiz buyurmuşdur ki:
– “Kim ana və atasının razılıqlarını alaraq sabahlarsa cənnətdə ona iki qapı açılır. Eyni şəkildə axşamlarsa yenə ona Cənnətdə iki qapı açılar. Ana və atasından yalnız biri hayatda olar da onun könlünü xoş edərsə, ona cənnətə gedən bir qapı açılar.”
Ashab-ı kiramdan bir şəxs:
– “Zulmedərlərsə də mi?” Deyə soruşdu. Bunun üzərinə Rəsuli-Əkrəm sallallahu əleyhi və səlləm üç dəfə:
– “Zulmetsələr də”, buyurdu və davamla:
– “Ana və atasını küsdürmüş olduğu halda səhərləyən kimsəyə iki qapı açılar. Bunlardan bir dənəsi hayatda olarsa, onun rizasını qazanmaz və onu küsdürərsə ona cəhənnəmə gedən bir qapı açılar, zulmedərlərsə də, zulmedərlərsə də, zulmedərlərsə də “buyurdu. (Beyhaki, Şuabü’l-iman)
– “Cənnətin gözəl qoxusu, beş yüz illik məsafədən alınır. Lakin ana və atasına üsyan edənlərlə, qohumları ilə münasibəti kəsənlər, bu qoxunu ala bilməz. “(Təbərani, Sağirinde)
Əbu Hureyrə radıyallahu ənhdən:
– “Ana və ataların qocalıq zamanlarında bunlardan birinə və ya hər ikisinə yetişib də (bunlara layiq olduqları hörməti göstərmədiklərinə görə) cənnətə girə bilməyən kimsənin burnu yerlərdə sürünsün”, deyə üç dəfə təkrarlamışdır.
Rəsuli-Əkrəm sallallahu əleyhi və səlləm buyurur:
– “Evladın anaya, ataya asi olması halında əgər onlara lənət edərlərsə, bu lənət övladı onlardan qoparar. Kim ki valideynini razı etsə, Yaradanını razı etmiş olur. Kim ki valideynini incidərsə Yaradanını qəzəbləndirmiş olar. Kim ki anasına, atasına yetişər və onlara baxmaz, yaxşılıq etməz və özündən razı eyləyəməzsə, Allah qorusun cəhənnəmə girər.”

Mənbə:islamveihsan.com

Read Previous

İkinci xanımla gələbiləcək dərdlər

Read Next

Müsəlmanlar bir bina kimidirlər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.