• 10 Dekabr 2019

AY HAQQINDA BİLMƏDİKLƏRİMİZ

AY HAQQINDA MƏLUMAT

ayAy  Yer planetinin yeganə təbii peykidir. Yer və Ayın mərkəzləri arasındakı məsafə orta hesabla 384 467 km-dir. Ayın Yer ətrafında bir tam dövrü 27 gün 7 saat 44 dəqiqə 2803 saniyədir. Saatda 3679 km yolu qət edir. Diametri 3476 km, səthinin sahəsi 3,79·1010 km².

Yerdən Ayın ancaq bir yarımkürəsi görünür. Ayın görünməyən tərəfinin fotoşəkli ilk dəfə 1959-cu ildə Sovet kosmik stansiyası tərəfindən çəkilmişdir. Daha sonra 1969-cu ildə Apollon proqramı çərçivəsində iki ABŞ astronavtı Ay səthinə enmiş və tədqiqat aparmışdır. Ay kosmik fəzada insanın ayaq basdığı tək fəza cismidir.

Ayın Yer ətrafına fırlanma orbiti tam çevrə deyil. Odur ki, Ay Yerə bəzən yaxınlaşır bəzən isə uzaqlaşır. Ayın Yerə ən yaxınlaşma nöqtəsinə perigey, ən uzaqlaşma nöqtəsinə isə apogey deyilir. Ay apogeydə olarkən onun Yerdən uzaqlığı 405 363 km, perigeydə olarkən 357 448 km olur. Odur ki, onun perigeydə olarkən görünən ölçüləri apogeydə olan ölçülərindən böyük olur. Məsələn, perigeydə Ayın görünən diskinin diametri apogeydə olan diskindən 14%, parlaqlığı isə 30% çox olur. Ay perigeydə olarkən okeanlarda qabarmanın səviyyəsi də yüksək (təqribən 6-15 sm) olur. Ayın bu vəziyyəti insanların əhval–ruhiyyəsinə, psixoloji vəziyyətlərinə də təsir edir. Ay adətən dekabr ayında bu vəziyyətdə olur.

2009-cu ilin oktyabrında NASA su tapmaq məqsədilə Ayın cənub qütbünü bombalayıb. 2009-cu ilin noyabr ayında Amerika Aerokosmik agentliyi (NASA) Ayda donmuş halda çoxlu miqdarda su tapıldığını açıqlayıb

Yaponiya alimləri Yer kürəsinin peyki Ayın öyrənilməsi proqramı üzərində işləyirlər. Proqrama görə Ayda elmi-tədqiqat bazası və orada işləmək üçün xüsusı robotlar yaradılacaq. Yer kürəsinin peykinin öyrənilməsi proqramı xüsusi çağırılmış iclasda müzakirə edilib. İclasda 2020-ci ilədək Ayda aparılacaq elmi tədqiqatların ümumi dəyəri 200 milyard yen (2,2 milyard dollar) məbləğində qiymətləndirilib. Ayın səthi iki mərhələdə öyrəniləcək. 2015-ci ilədək Aya təkərli robotlar göndəriləcəkdir. Robotlar vasitəsilə videogörüntülər Yer Kürəsinə ötürüləcək və Ayın daxili quruluşu öyrəniləcəkdir. Növbəti beş ildə Ayın cənub qütbündə tədqiqat bazası yaradılacaq, həmin bazadan 100 kilometr radiusda kəşfiyyat və tədqiqat işləri aparılacaq. Stansiya müstəqil şəkildə elektrik enerjisi istehsal edəcək, torpaq nümunələri və xüsusi qiymətli nüsxələri Yerə göndərəcək

Mənbə:

wikipedia

Oxunub: Bu gün - 2 dəfə, Cəmi - 61. 359 dəfə.

calal calalov

Read Previous

İsraildə Əhməd Kadırov məscidi tikilir

Read Next

Dekabr 2013

10 Comments

  • dogurdanada men bunlari bilmirdim.Yaxwiki bunu oxudum…………..

  • eladi.men 6 ci sinifde oxuyuram derslerime komek etdi.

  • tesekkurrler

  • men 6 ci siniifde oxuyuram dogurdanda sagol

  • men 6-ci sinifde oxuyuram cografiyadan aciq dersimize komek etdi

  • heqiqeten gozeldir hec birini bilmirdim

  • Bu cox eladi

  • Mükəmməl əla.

  • cox sagolun men 8 oxuyuram mene heyat bilgisinde komek etdi

  • Bacım üçün girmişem,peşman deyilem^_^

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.