• 29 Mart 2024

Ayasofya 2014-cü ildə ibadətə açılacaq. Ayasofyanın Atatürkün imzaladığı bir fərmanla ibadətə bağlanılmasının arxasındakı həqiqətlər ortaya çıxdı

AYASOFYAAyasofyanın Atatürkün imzası olan bir fərmanla ibadət üçün bağlanılmasının arxasındakı həqiqətlər, ziddiyyətlər, şübhələr və doğru bilinən səhvlər Dərin Tarix jurnalının dekabr buraxılışında müzakirə edildi. Jurnalda Milliyətçi Hərəkət partiyası (MHP) millət vəkili və Türk Tarix Təşkilatı ( TTK) köhnə başqanı Yusuf Halaçoğlu, Mustafa Armağan və Prof. Dr. Mehmet Çelikin məqalələri yer almaqdadır. Ayrıca Yusuf Halaçoğlunun maraqlı şərhlərinin də yer aldığı əsrarəngiz məqalələri də bu mövzunu işıqlandırır. Prof. Dr. Yusuf Halaçoğlu, Dərin Tarix jurnalına verdiyi müsahibəsində Ayasofya qərarnaməsinin saxta olduğunu bildirir. Halaçoğlu, qərarnamədəki Atatürk imzasının bunun ən əhəmiyyətli dəlili olduğunu belə izah edir: “Qərarnamənin nömrəsi 1589-dur. Ancaq bundan iki gün əvvəlki qərarnamənin nömrəsi isə 1606 rəqəmidir. Buradan açıq görüldüyü kimi ilk olaraq qərarnamələrin nömrələri bir-biri ilə üst- üstə düşmür. Bundan başqa bu fərman hər hansı bir rəsmi qəzetdə də yayınlanmamışdır. Yayınlanmayan qərarnamənin isə heç bir etibarlılığı ola bilməz. Bir digər mövzu isə qərarnamədə olan Atatürkün imzasıdır. Belə ki: qərarnamənin tarixi 24 Noyabr 1934-dür. Atatürkün buradakı imzası isə daha əvvəl heç bir yerdə işlətmədiyi bir imzadır.” İmza ilə əlaqəli başqa bir açıqlamanı da Dərin Tarih jurnalının rejissoru Mustafa Armağan verdi. Armağan: “Qazi Mustafa Kamal, 2587 nömrəli qanunla Atatürk olmuşdur. Noyabr ayının 24-ünde Atatürk rəsmi olaraq Atatürk olmadığına görə bu adla imza atması mümkün deyil.” Tarixçi Prof. Dr. Mehmet Çelikin Dərin Tarix jurnalının dekabr sayındakı məqaləsi “Ayasofya 2014-cü ildə ibadətə açılacaq” başlığını daşıyır. Çelik, Ayasofyanın açılması üçün millətin indiyə qədər Menderes, Dəmirəl və Özala tələbdə olduğunu 2014 prezident seçkilərindən əvvəl Ayasofyanın məscid olaraq açılacağını iddia edir.

MƏNBƏ:

dinihaberler.com

Read Previous

Obama QİÇS-lə mübarizəyə 100 milyon dollar ayırdı

Read Next

KARDAVİ ƏZHƏRDƏN ÜZ ÇEVİRDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.