• 19 Aprel 2024

Azərbaycan Ordusu şəhid verdi

sehidMayın 3-də Silahlı Qüvvələrin əsgəri şəhid olub. ANS PRESS-in məlumatına görə, qoşunların təmas xəttində qarşı tərəflə atışmada Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Yüzbəyov Əmrah Aydın oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!
19 yaşlı Yüzbəyov Əmrah ötən il aprel ayında Xaçmaz rayonundan hərbi xidmətə çağrılıb. Xaçmaz Rayon Icra Hakimiyyətindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Yüzbəyov Əmrah Aydın oğlunun nəşinin sabah səhər saatlarında rayona gətiriləcəyi bildirilib. Şəhid Xaçmaz rayon Hacıməmmədoba kənd qəbirstanlığında dəfn olunacaq.

Mənbə:anspress.com

Read Previous

Merac gecəsi

Read Next

İntihar edən kimsənin cənazə namazı qılınarmı?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.