• 22 İyul 2019

Azərbaycanda dəbdəbəli qəbirüstü abidələr yaradanlara xəbərdarlıq

“Məzarlıqlarda lazım olmayan şəkildə xüsusi abidələr ucaldılır, nəticədə isə qeyri-bərabərlik yaranır”.

Bu sözləri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, millət vəkili Nizami Cəfərov deyib.

Deputat qeyd edib ki, kimsə qanunu pozarsa bunun aradan qaldırılması üçün sadə mexanizm mövcuddur. Bu işlərə cavabdeh olan şəxslər tərəfindən məzarlıqlarda dəbdəbəli qəbirüstü abidələrin yaradılmasına qarşı nəzarət gücləndiriləcək.

“Heç kim qanun-qaydanı poza bilməz. Əlavə imkanı olan şəxslər qəbirüstü abidələrə sərf edəcəyi müəyyən vəsaiti dini ocaqlara, körpələr evi, qocalara evinə verə bilərlər. Həm mərhumun ruhu şad olar, həm də cəmiyyət bir fayda görə bilər. Bu cəmiyyət tərəfindən anlayışla qəbul edilə bilər”.

Nizami Cəfərov əlavə edib ki, mütləq bir şəkildə məzarlıqlarda dəbdəbəli qəbirüstü abidələrin salınmasına qarşı rəsmi -inzibati nəzarət başladılmalıdır. Bu məsələ qərar alınacaqsa hamı əməl etməlidir. Varlı və ya kasıb olmasından asılı olmayaraq, hər kəsin qəbri eyni olmalıdır. Bununla bağlı ayrı-ayrı ölkələrin təcrübəsi öyrənilir. Orta Asiya ölkələrində, Avropa ölkələrində də belə təcrübə var. Qanuna əməl etməyənlərə qarşı qəbiristanlıq İdarələri, İcra orqanları tərəfindən müəyyənləşdirilmiş standartlar çərçivəsində nəzarət gücləndiriləcək.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Nazirlər Kabinetinin məzarlıqlar haqqında xüsusi qərar qəbul edəcəyini deyib.

M.Qurbanlı bildirib ki, Nazirlər Kabinetinin qərar layihəsi hazırdır: “Layihə üzərində mütəxəsislər geniş iş aparıblar. Yeni qaydalar mövcud qəbiristanlıqlara deyil, yalnız bundan sonra salınacaq məzarlıqlara aid ediləcək. Əsas qaydalar ondan ibarətdir ki, məzarlıqlarda dəbdəbəli qəbirüstü abidələrin və s. yaradılmasına icazə verilməyəcək”.

Sonxeber.az

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 174 dəfə.

Səməd Əlixanov

Read Previous

Onun (s.a.s) əxlaqı Quran idi

Read Next

İndoneziya necə İslamlaşdı?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.