• 18 Aprel 2024

Azərbaycanda dövlət səviyyəsində Quran müsabiqəsi keçiriləcək

quranAzərbaycan Yaradıcılıq Fondu Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Qurani-kərim motivləri əsasında hekayə” müsabiqəsi elan edib.

Layihə Qurani-kərimin gənclər arasında düzgün təbliğinə, müqəddəs kitabdan gələn mütərəqqi ideyalarla gəncliyi daha yaxından tanış etməyə xidmət edir. Elan edilən müsabiqə İslam dini haqqında gənclərin düşüncə və təsəvvürlərinin daha da dərinləşməsinə yardımçı olacaq.

Müsabiqənin şərtlərinə görə təqdim edilən hekayələrin sujeti və ideyası Qurani-kərim motivləri əsasında yazılmalı və 10 min işarədən az olmamalıdır.

Hekayələr elektron formada (Times New Roman şriftində) müəllif haqqında qısa tərcümeyi-hal ilə birlikdə Azərbaycan Yaradıclıq Fondunun elektron ünvanına göndərilməlidir: [email protected]

Aprel ayının 15-i hekayələrin qəbulu üçün son gündür.

Yaş məhdudiyyəti qoyulmayan müsabiqədə üç baş mükafat və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin iki həvəsləndirici mükafat nəzərdə tutulub. Belə ki, birinci yer üçün 700, ikinci yer üçün 500, üçüncü yer üçün 300 manat ayrılıb.

Həvəsləndirici iki yerin qaliblərinə qiymətli hədiyyələr veriləcək.

Müsabiqəyə təqdim edilən bütün hekayələr antologiya kimi dərc ediləcək. Nəşr edilmiş antologiya respublika ərazisindəki bütün kitabxanalara pulsuz paylanacaq.

Mənbə:

Read Previous

Ölümdən sonra baş verənlər

Read Next

Nyu-York məktəblərində müsəlman bayramları istirahət günü elan edilib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.