• 17 Sentyabr 2019

Azərbaycanda “halal kolbasa” istehsalında çatışmazlıqlar var (VİDEO)

Azərbaycanda “halal kolbasa” istehsalında çatışmazlıqlar var (VİDEO)

Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəsmisi satışda olan məhsulların standartlara uyğun olmadığını deyir.

Gündəlik istifadə etdiyimiz ilk növbədə kolbasa və sosis ət məhsullarının hansı keyfiyəttə olduğu çoxlarımzı düşündürür. Çoxumuzun üstünlük verdiyi və halal adı ilə satılan məhsullara isə tələb daha yüksəkdir. Bununla bağlı hətta keçən ildən halal standartları da müəyyən edilib.

Dinimizdə kəsilməli olan heyvanlar diri və sağlam olmalı olduğunu və əvvəlcədən elektrik cərəyanı ilə, çəkic və ya balta ilə vurmaqla keyləşdirilməsini məsləhət görmür. Qafqaz Müsəlmanlar İdarəsi sədrinin müavini Fuad Nurullayev son zamanlar belə istehsalçıların sayının artdığını deyir.

Şəhər sakinləri arasında apardığımız sorqu isə insanlarımızın satışda olan halal ət məhsullarına münasibətinin birmənalı olmadığını göstərdi.

Standartlaşdırma Metrologiya və Patent Üzrə Dövlət Komitəsi yerli sahibkarlar tərəfindən ət məhsulların istehsalında mühüm irəliləyişlər olduğunu desələr də bunun halal seqmentinə gəldikdə hələ də çatışmamazlıqların mövcud olduğunu hesab edirlər.

Komitənin mətbuata əlaqələr şöbəsinin müdri Fazil Bədəlov 3 halal stanartın mövcud olduğunu lakin hələ də sahibkarlarn bu standartları tədbiq etməyə hazır olmadığını dedi. O satışda olan halal ət məhsullarının bu standartlara uyğun olmadığını dedi.

Standartda heyvanın kəsilmə qaydaları, kəsim üçün nəzərdə tutulmuş heyvanda lazım olan şərtlər, qəssabdə olan tələblər, kəsimdə istifadə olunan vasitələr, sallaqxanalarda olan tələblər, kəsimdən əvvəl heyvana sağlamlıq baxışı, heyvanın təmizlənməsi və yuyulması, kəsim prosesi və s. ilə bağlı tələblər göstərilib.

Mənbə: anspress.com  Keçid üçün klik et

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 138 dəfə.

dbabayev

Read Previous

Türkiyə lideri ilk dəfə Bəşşar Əsədi “Yezid” adlandırıb.

Read Next

İlham Əliyev Serj Sarkisyanla bu ilin sonlarında görüşə bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.