• 28 Mart 2024

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbçilərin ailələri mənzillə təmin olunacaq.

600@0
Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbçilərin ailələri mənzillə təmin olunacaq.

Bu barədə ANS TV-nin “Hesabat” verilişində Mir Şahinin qonağı olmuş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Səlim Müslümov yeni qəbul edilmiş qanunda onların evlə təmin olunmasının bütün şərtlərinin öz yerini tapdığını vurğulayıb. O, şəhid və yaralıların ailələrinə göstərilən digər güzəştlərdən və nəzərdə tutulan yeniliklərdən söz açıb:

“Azərbaycan Respublikası prezidentinin müvafiq sərəncamına əsasən, şəhid ailələri üçün Prezident Təqaüdü müəyyənləşdirilib. Və bu gün Azərbaycan Respublikasında bu ölkənin torpaqları uğrunda gedən döyüşlərdə həlak olan şəxslərin ailə üzvlərinə 220 manatlıq ayrıca təqaüd verilir. Bu məbləğ Milli Qəhrəmanlar üçün min manat təşkil edir”, – deyə Səlim Müslümov bildirdi.

İlk növbədə şəhid ailələrinin üzvlərinə Azərbaycan Respublikasının əmək pensiyası haqqında qanunda nəzərdə tutulmuş qaydada əmək pensiyalarının veriləcəyini bildirən nazir iş yerlərində və ya ştatlarda olan işçilarin sayında ixtisar olan zaman şəhid ailəsinin üzvünün mütləq qaydada işdə saxlanılmasının qanunla vacibliyini diqqətə çatdırıb.

Şəhid övladları həddi-buluğa çatana qədər dövlətdən müavinət alacaq və 18 yaşa qədər ali məktəbə daxil olsa, bu, davam etdiriləcək.

Vaxtilə şəhid ailələrinin kommunal xidmətlərdən, şəhər ictimai nəqliyyatdan istifadə edən zaman güzəştlər edildiyini söyləyən nazir hazırda bunun pulla əvəz olunduğunu və onlara bu vəsaitin dövlət tərəfindən ödənildiyini söylədi.

Ötən il qəbul edilən qərara görə, ali və orta ixtisas müəssisələrində ödənişli təhsil alan şəhid övladlarına güzəşt edilərək təhsil haqqından azad edildiyni diqqətə çatdıran nazir həmçinin əlavə edib ki, şəhid ailəsi üzvləri müvafiq tibbi göndərişlə xarici ölkələrdə tibbi müayinəyə də göndərilə bilərlər.

Read Previous

Niyət öndərliyi

Read Next

İnfaq edənlər daha çox qazanır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.