Azərbaycanlı hafizlər Kuala Lumpurda uğur qazandılar

devet29 aprel – 9 may 2016-cı il tarixlərində Malayzianın paytaxtı Kuala Lumpur şəhərində 58-ci Quran tilavət və hifz müsabiqəsi keçirildi. Musabiqəyə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən də yarışçı heyəti ezam edildi. Yarış hifz və tilavət olmaqla iki istiqamətdə təşkil olundu. Müsabiqənin hifz bölməsində Azərbaycanı Elşən Rəhimli, tilavət bölməsində isə Xaliq Ağammədov təmsil edirdi.
Əvvəlcə seçmə müsabiqəsi keçirildi. Bu müsabiqədə hər iki təmsilçimiz müvəffəqiyyətlə çıxış edərək əsas mərhələdə iştirak etmək haqqı qazandılar.
Hifz üzrə final mərhələsində iştirtak edənlərdən Qurani-Kərimin münsiflər heyətinin seçdiyi 5 müxtəlif hissəsini əzbərdən oxumaq tələb olunurdu. Tilavət yarışında isə finalistlər Quran ayətlərini 3 fərqli tilavət üslubunda oxumalı idilər. Burada da təmsilçilərimiz uğurla çıxış edərək münsiflərdən “yaxşı” qiymətini aldılar. Nəticədə həmvətənlərimiz 70 ölkəni təmsil edən iştirakçılar arasında ilk onluğa daxil ola bildilər.
Yarış başa çatanda qaliblərin adları və fotoşəkilləri onların təmsil etdikləri ölkələrin bayraqları ilə birlikdə böyük monitorda nümayiş etdirildi. Beləliklə, iştirakçılarımız Azərbaycan bayrağını burada iki dəfə dalğalandırdılar.
Yarış günləri ərzində Azərbaycan Respublikasının Malayziyadakı səfirliyin əməkdaşları təmsilçilərimizə böyük dəstək verdilər.

elsen rehimov

 

 

 

 

 

 

 

 

 

Mənbə:qafqazislam.com