• 29 Mart 2024

Azərbaycanda Brayl əlifbalı ilk Qurani-Kərim (VİDEO)

quranAzərbaycanda ilk dəfə olaraq brayl əlifbası ilə Quran kitabı nəşr olunub. Gözdən əlillər üçün nəzərdə tululan Qurani-Kərimin təqdimat mərasimi keçirilib.

ANS TV-nin məlumatına görə, tədbir zamanı qeyd edilib ki, Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyilə tərtib edilən brayl əlifbalı “Qurani-Kərim”in çapına, mart ayından başlanıb. 4 ay ərzində ərsəyə gələn müqəddəs Quran kitabı 7 cilddə çap olunub.

“Brayl əlifbası ilə “Qurani-Kərim”in nəşr olunması bu ilin ən böyük bir hadisəsidir. Çünki gözdən əlil insanlar üçün Quran kitabının bu cür nəfis bir şəkildə nəşr edilməsi və insanların ixtiyarına verilməsi çox böyük bir xidmətdir. Bu həm dinimiz, həm bizim vətəndaşlarımız, həm də gözdən əlil insanlarımız qarşısında. Onlarda istəyirlər ki, Quranı bilsinlər. Onların da buna haqqı var”, – deyə ilahiyyatçı Vasim Məmmədəliyev bildirib.

 

Mənbə:

anspress.com

Read Previous

İyul 2015

Read Next

Toy və sünnət mərasimlərimiz necə olmalıdır?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.