• 19 Mart 2024

Azərbaycanda Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması ilə bağlı fərman imzalayıb.

Ölkədə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunmasını və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədilə yaradılan Fondun Nizamnaməsi təsdiq edilib.

Fərmanda bildirilir ki, Fond mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyi göstərən qeyri-kommersiya hüquqi şəxsdir. Fondun saxlanması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayrılan vəsait, habelə kreditlər, qrantlar və texniki yardımlar, fiziki və hüquqi şəxslərin ianələri və qanuna uyğun əldə etdiyi digər vəsaitlər hesabına həyata keçirilir.

Nizamnamə kapitalı 100 min manat olan və dövlət büdcəsinin vəsaiti hesabına formalaşan Fondun fəaliyyətinə ümumi nəzarəti beş üzvdən ibarət Himayəçilik Şurası həyata keçirir. Fondun fəaliyyətinə cari rəhbərliyi onun icraçı direktoru həyata keçirir.

Mənbə: report.az

Read Previous

Aşura günü oruc tutmaq

Read Next

Namaz və xuşu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.