• 29 Mart 2024

Azərbaycanda yas mərasimləri haqqında yeni qərar

4Hökumət bununla bağlı konkret standartlar – menyu müəyyənləşdirib. Bundan sonra yas mərasimlərində israf qida məhsullarının verilməsinə qadağa qoyulub. Hüzr məclislərində süfrədə yalnız çay və qənd olacaq. İstisna hal kimi xurmanın olmasına məhdudiyyət qoyulmayacaq.
 
Ötən bir neçə gün ərzində rayon icra hakimiyyətləri başçılarının 1-ci müavinlərinin sədrliyi ilə inzibati ərazilər üzrə toplantılar keçirilib. Yerli din xadimlərinə, axund və mollaların diqqətinə çatdırılıb ki, məclislərdə qoyulan təlimatlardan kənara çıxılması hallarının qarşısının alınması üçün üzərlərinə düşən tədbirləri həyata keçirsinlər.
 
Dövlət qurumlarının, yeni əmrə görə, dini sahəyə nəzarət edən bu nümayəndələri yerli ruhaniləri bununla bağlı məlumatlandıraraq, dövlətin əmrini yerlərə çatdırılmasını tələb ediblər.
 
Ehtimal olunur ki, yas məclislərində israfçılığın qarşısının alınması üçün inzibati tədbirlərə də əl atılacaq.
 
Bu qadağa yalnız yas mərasimlərində açılan ehsan süfrələrinə aiddir. Digər dini əlamətdar günlər, o cümlədən Ramazan ayı, Məhərrəm ayı mərasimləri, həmçinin şəhidlər üçün açılan ehsan süfrələrinə qadağa qoyulmayıb.
 
Xatırladaq ki, Azərbaycan dövləti regionda və dünyanın bir sıra bölgələrində baş verən milli, dini və məzhəbi qarşıdurmaları əvvəlcədən önləmək, profilaktik tədbirlər görmək, problemlərin maarifləndirmə yolu ilə həllinə nail olmaq məqsədilə yerlərdə konkret addımlar atılmasına qərar verib. Artıq ölkədəki dini və milli məsələlərin, bu sahədə yarana biləcək problemlərin həlli üçün idarəçilik mexanizmi yenilənib.
 
Yeni qərara əsasən, dövlətin bu sahəyə məsul olan qurumları prosesin yalnız mərkəzdən deyil, birbaşa rayon icra hakimiyyətləri səviyyəsində həlli ilə məşğul olacaqlar. Elə buna görə də rayon icra hakimiyyətlərində Dini Məsələlər üzrə Komissiyalar yaradılıb. Komissiyalara sədrlik isə rayon icra hakimiyyətlərinin 1-ci müavinlərinə həvalə edilib. Rayonlardakı komissiyalar bu istiqamət üzrə işlərini yeni yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə əməkdaşlıq sayəsində həyata keçirəcəklər. Ümumi nəzarət isə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullaya tapşırılıb. Yeni yaradılan komissiya sədrləri bir başa ona tabe olacaq.
Komissiyaya bu sahədəki nöqsanlara reaksiya vermək və problemləri aradan qaldırmaq səlahiyyətləri də verilib.
Qeyd edək ki, artıq bir neçə ildir Naxçıvan Muxtar Respublikasında və ölkənin bir neçə rayonunda ərazi üzrə rəhbər şəxslərin və ruhanilərin şəxsi təşəbbüsü ilə ehsab süfrələrində israfçılığın qarşının alınması üçün buna bənzər qərarlar verilib.

Read Previous

Toyda bir kişinin naməhrəm qadınların qarşısında və ya bir qadının naməhrəm kişilərin qarşısında oynaması caizdirmi? Belə məclislərdə iştirak eləmək düzdür?

Read Next

Sentyabr 2014

One Comment

  • əla gözəl

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.